BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!

BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!

BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!

BIZON Energy'nin baş sponsorluğuya, QOLAT Sport Services'in təşkil etdiyi tələbələr arası mini futbol turnirinə qeydiyyat davam edir, qeydiyyat zamanı ən çox verilən suallar və onların cavabları aşağıdakı kimidir. Hərçənd ki, bu sualların cavabları turnirin əsasnaməsində yer alıb, lakin sizlərə daha asan olsun deyə bu xəbəri paylaşmağı qərara aldıq. 

1) Çempionata giriş ödənişi nə qədərdir və əlavə ödəniş var mı?

Cavab: Bir komanda cəmi 130 AZN ödəniş edir və bu ödənişə 8 oyunçu üçün xüsusi dizaynlı forma daxildir.  Bu ödənişdən əlavə heç bir ödəniş yoxdur, digər bütün ödənişlər BİZON Energy tərəfindən qarşılanır. 

2) Bir komanda da neçə oyunçu ola bilər? 

Cavab: Bir komanda da minimum 8 , maksimum 10 oyunçu ola bilər. 

3) Bir komanda eyni universitetin tələbələrindən təşkil olunmalıdırmı? 

Cavab: Xeyr, bir komandada digər universitetlərdə oxuyan tələbələr də iştirak edə bilər. Yəni komandanızda eyni universitetin tələbələri olması şərti yoxdur. 

4) Oyunlar həftənin hansı günləri keçiriləcək və saatı? 

Cavab: Oyunlar həftənin yalnız bazar günləri , səhər saatlarından günortaya qədər keçiriləcək. 

5) Turnirdə peşəkarlar olacaqmı? 

Cavab: BIZON Student Cup yalnız tələbələr arasında keçirilən bir turnirdir, turnirin əsasnaməsinə görə peşəkar ligalarda və turnirlərdə oynamış oyunçular (tələbələr) bu turnirdə iştirak edə bilməz, komandalar turnirin əsasnaməsinə görə təşkil olunur. 

6) Qeydiyyat zamanı hansı sənədlər lazımdır? 

Cavab: Tələbə və şəxsiyyət vəsiqəsinin sürəti , bütün komandanın. Qeydiyyat üçün kapitanın ofisə yaxınlaşması kifayətdir. 

Ən çox ünvanlanan sualları cavablandırmağa çalışdıq, əlavə suallarınız olarsa bizimlə əlaqə saxlayın.  Çempionata qeydiyyatlar davam edir, tələbələr üçün çox maraqlı bir turnir olacağına zəmanət veririk. 

Turnir haqqında tam məlumat üçün link:  https://qolat.com/news/read/952 

Turnirin əsasnaməsini oxumaq üçün link: https://qolat.com/news/read/951 

Komandanı qeydiyyatdan keçirmək üçün saytda KOMANDANI YARAT butonuna basa bilərsiniz. 

 

 


Müəllif : qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turnirini təşkil edəcəyik.  MARSOL - Marketing Solutions şirkətinin üzv...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Digər idman növləri
2-ci Masaüstü Tennis Çempionatı
2-ci Masaüstü Tennis Çempionatı
  Sahibkarlar arasında masaüstü tennis çempionatı! 10.09.2022-ci il tarixində Marsol və QOLAT şirkətlərinin təşkilatçılığı ilə Marsol partnyorları arasında ikinci tennis...
BİZON STUDENT CUP
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
Futbolu maraqlı edən tərəflərindən biri də bu oyundakı cəzalardır, çünki bu proses zamanı bir komandaya demotivasiya versədə, digər komandanı, yəni rəqib komandanı da motivasiya edir və ya...