.jpg)
BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.
BİZON Energy-nin sponsorluğu , QOLAT Sport Services-in təşkilatçılığı ilə baş tutan BİZON Student Cup II həyəcanına 1-ci turun oyunları ilə start verildi. 164 qolun vurulduğu turda , bərabərə bitən oyun olmadı. Qrup mərhələrinin ümumi nəticələri ilə tanışaq olaq.
A Qrupu
Black Diamond-Asapes komandalarının qarşılaşması, ilk dəqiqələrdən Asapes komandasının üstünlüyü şəraitində keçdi və Asapes komandası rəqibini 3-8 hesabı ilə məğlub edərək, qrupun aşkar favoriti olduğunu göstərdi. Qrupun eyni saatda başlayan ikinci oyununda İndustrial FC ilə Shah FC komandaları üz-üzə gəldi. Bərabər səviyyədə keçən oyunun sonlarına doğru İndustrial FC komandası rəqib qapıçının səhvindən sonra hesabı 4-2 -yə gətirdi və bu üstünlüyünü oyunun sonuna qədər qoruyaraq, qarşılaşmadan 3 xalla ayrıldı. Növbəti turda Shah Fc- Asapes, Black Diamond -İndustrial FC komandaları üz-üzə gələcək.
B Qrupu
Ölüm qrupu olaraq göstərilən B qrupunda ilk həftə oyunları gərgin mübarizə şəratində keçdi. Qrupun ilk oyunu Xəzər FK-Sailors komandaları arasında baş tutdu. İlk hissəsi bərabər mübarizə şəratində keçən oyunun ikinci hissəsində Sailors komandası rəqibi üzərində 5-11 hesabı ilə qələbə qazandı. Qrupun digər oyununda Əbədi Birlik və Nerazzurri komandaları üz-üzə gəldi. Hər iki komandanın qaşılıqlı hücumları keçən oyunun ilk hissəsindən üstünlüyü ələ alan Nerazzurri komandası bu üstünlüyünü oyun sonuna qədər qorudu və rəqibini 2-6 məğlub edərək, turnirin favoritləri sırasında məndə varam dedi. Qrupun növbəti oyunları Sailors-Nerazzurri, Xəzər FK-Əbədi birlik komandaları arasında keçiriləcək.
C Qrupu
İlk turun ən həyəcanlı oyunun baş tutdğu C qrupunda İngiltərə derbisi oynanıldı. Topçular komandası ilə Qırmızı Şeytanlar komandası arasında baş tutan oyun , son saniyələrə qədər gərgin mübarizəyə şahid oldu. 3-0 geriyə düşməsinə rəğmən, Qırmızı Şeytanlar inamlı geri dönüş edərək hesabda 5-3 önə keçdilər. Lakin Topçular mübarizədən qalmadı və ard-arda vurduğu qollarla rəqibini məğlub edərək, vacib 3 xalın sahibi oldu. Qrupun digər oyununda , turnirin favoritlərindən biri kimi göstərilən Medicals , ciddi oyunçu əskikliyinə baxmayaraq, rəqibi qarşısında çətinlik çəkmədi və 9-1 hesabı ilə qələbə qazanaraq, ilk oyunlardan qrupda zirvəyə oturdu.
D qrupu
Favoritin bəlli olmadığı D qrupundan maraqlı oyunlar baş tutdu. 4US komandası rəqibi PMA FK-nı 7-0 hesabla rahat bir şəkildə məğlub edərkən, qrupun digər oyununda drammatik dəqiqələrə şahid olduq. Logistas-Young Ballers komandalarının qarşı-qarşıya gəldiyi oyunun son 1 dəqiqəsinə qədər Logistas komandası 3-2 hesabı ilə irəli idi. Young Ballers son dəqiqədə penaltı qazanaraq, hesabı bərabərləşdirmək fürsəti əldə etsə də, komanda kapitanı Sənan Mahmudlu penaltı zərbəsindən faydalana bilmədi və oyun Logistas komandasının 3-2 hesablı qələbəsi ilə sona çatdı. D qrupunun növbəti oyunları 4US-Young Ballers və PMA FK -Logistas komandaları arasında olacaq.
E Qrupu
E qrupunda ,Old boys -Lokomativ Baku komandalarının qarşılaşması , birincilərin 8-0 hesablı qələbəsi ilə sona çatdı. Qrupu ikinci oyununda qrupun iki favorit komandası qarşılaşdı. Xarıbülbül-Cyber MFC komandaları arasında baş tutan oyunda ,Cyber MFC komandası rəqibini gözlədiyindən daha rahat şəkildə 2-8 hesabı ilə məğlub edərək,qrupun aşkar favoritlərindən biri olduğunu göstərdi.E qrupun növbəti oyunları Lokomatik Baku-Xarıbülbül, Cyber MFC-Old Boys komandaları arasında baş tutacaq.
F Qrupu
F qrupunun ilk oyununda Eagles komandası rəqibi üzərində 13-2 kimi böyük hesablı qələbə qazanaraq, turnirin gizli favoritlərindən biri olduğunu məlum etdi. İkinci oyunda turnirin favoriti hesab edilən Oğuz Edu FK komandası 0-1 hesabi ilə geriyə düşməsinə baxmayaraq, rəqibini 12-1 hesabı ilə məğlub edərək, Egales komandası ilə liderlik mübarizəsini bölüşdü. F qrupunda növbəti oyunlar Oğuz Edu Fk-Egales, Black Mamba-Kuley United arasında olacaq.
G Qrupu.
G qrupunun ilk oyununda Elitar FC 5 nəfərlə mübarizə aparmasına baxmayaraq, rəqibi üzərində ciddi üstünlük quraraq 7-3 hesabı ilə qələbə qazandı. Qrupun digər oyununda Kətə Fc-Mardakan Fc komandaları üz-üzə gəldilər. Bərabər mübarizə şəraitində keçən oyun Kətə FC-nin 7-5 hesablı qələbəsi ilə sona çatdı.Bu qrupun növbəti oyunları Kətə FC-Elitar, Mardakan FC-Aesir komandaları arasında olacaq.
H Qrupu
H qrupunda Donanma FC-Black Bulls komandaları arasında baş tutan oyun hər iki komandanın bərabər hücumları şəratində keçərkən, Black Bulls inamlı oyun sərgiləyərək rəqibini 3-4 hesabı ilə məğlub etdi. Qrupun digər oyununda Goal Diggers-Kuley City komandaları üz-üzə gəldi.Hər iki komandanın açıq -aşkar qol fürsətlərindən faydalana bilmədiyi oyunda Kuley City rəqibi üzərində 4-5 hesab ilə qələbə qazanaraq, 3 xalı aktivinə yazdırdı. H qrupunun növbəti oyunları Black Bulls- Kuley City, Goal Diggers-Donanma FC komandaları arasında olacaq.
Bütün Komandalara Uğurlar Arzu edirik.
Müəllif : Ağayev Nurlan
Şərhlər (0)