“MARSOL Mini Futbol Turniri 2021

“MARSOL Mini Futbol Turniri 2021

“MARSOL Mini Futbol Turniri 2021

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL üzv şirkətləri arasında möhtəşəm mini-futbol turnirini sizlərə təqdim edirik.

MARSOL üzv şirkətləri arasında mini futbol turnirinin əsas məqsədi sahibkarlar arasında sosial fəaliyyətlərin təşkil olunması və biznes əlaqələrinin inkişaf etdirilməsidir. Məhz buna görə də, turnirin əsas tərafdaşı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.

“MARSOL Mini Futbol Turniri 2021” yalnız MARSOL üzv şirkətləri arasında təşkil olunur. Turnirdə 32 komanda iştirak edəcək və bu komandalar 8 qrupda yer alacaqdır. Turnir 19 sentyabrdan etibarən start götürəcək, turnirin açılış və püşk atma mərasimi isə 12 sentyabr üçün nəzərdə tutulub. Açılış mərasimi zamanı püşkatma mərhələsi keçirilərək komandaların qrupdakı rəqiblərinə aydınlıq gətiriləcəkdir. Açılış mərasimində tanınmış idmançılar və məşhur simalar iştirak edəcəklər, o cümlədən, hədiyyəli müsabiqələr də keçiriləcəkdir.

Turnirdə ilk 3 yeri tutan komanda əsas hədiyyələr təqdim ediləcəkdir, beləki, ilk yeri tutan komanda Türkiyəyə səyahətə göndəriləcək , ikinci yeri tutan komanda isə Azərbaycanda səyahət paketi təqdim ediləcək, 3-cü yer tutan komanda üçün də xüsusi hədiyyə nəzərdə tutulub. Təbii ki, bunlardan əlavə xüsusi dizayn olunmuş kubok, medal və diplomlar da mükafatçılara veriləcək. Həmçinin , turnirdə ən çox qol vuran oyunçu, ən yaxşı qapıçı kimi fərqlənən iştirakçılara da xüsusi hədyyələrimiz olacaqdır.

Biz QOLAT Sport Services olaraq, “MARSOL Mini Futbol Turniri 2021” turnirini daha da maraqlı etmək üçün, hər tur öncəsi video-müsahibələr , videoçəkiliş və fotoçəkilişlər təşkil edəcəyik, bundan əlavə, hər bir komandaya öz şirkətinə uyğun olaraq xüsusi dizayn edilmiş futbol formaları (dəst şəklində) təqdim edəcəyik. Oyunları yüksək səviyyəli hakimlər idarə edəcək, oyunlar zamanı hər bir komanda oyun öncəsi protokola əsasən yoxlanılaraq meydana buraxılacaqdır. Həmçinin, iştirakçıların sağlamlığını nəzərə alaraq, hər tur zamanı ambulans və həkim heyəti də oyunlarımızı müşayət edəcəkdir.

Çempionatımızın digər maraqlı tərəflərindən biri isə müxtəlif TV-lərdə və sosial media platformalarında turnirin işıqlandırması olacaqdır. Bundan əlavə, hər həftə tur bitdikdən sonra saytımızın xəbər bölməsində turun icmalı haqqında xəbərimiz, həmçinin sosial media platformalarımızda maraqlı statistikalar, əyləncəli paylaşımlar və turun ən yaxşı oyunçusu və komandası nominasiyası üzrə qalib olanlar haqqında paylaşımlar olacaqdır.

“MARSOL Mini Futbol Turniri 2021” turniri əsasnaməsi və ümumi qaydalarla tanış olmaq üçün aşağıdakı linkdən keçid edə bilərsiniz. Həmçinin, QOLAT Sport Servicesin həyata keçirdiyi digər idman tədbirləri ilə tanış olmaq üçün sosial media hesablarımıza nəzər yetirə bilərsiniz.

Turnirin Əsasnaməsini oxumaq üçün link:  https://qolat.com/championship/rules/8

Qeydiyyatdan keçmək üçün link: https://www.qolat.com/account/create

Sosial media hesablarımızı izləməyini xahiş edirik:
https://www.facebook.com/qolatsportservices/
https://www.instagram.com/qolatofficial
https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw

Əlaqə nömrələri:
070 527 10 40 (Zəng və WhatsApp)
055 527 10 40 (Zəng və WhatsApp)


Müəllif : QOLAT Team

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
Tələbələr arasında Stolüstü tennis turniri
Tələbələr arasında Stolüstü tennis turniri
Yeni bir turnirlə qarşınızdayıq! Tələbələr arasında sosial aktivliyi təmin etmək və sağlam həyata çağırış məqsədilə,QOLAT Sport Services-in təşkilatşılığı ilə tələbələr arasında...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON Energy'nin baş sponsorluğuya, QOLAT Sport Services'in təşkil etdiyi tələbələr arası mini futbol turnirinə qeydiyyat davam edir, qeydiyyat zamanı ən çox verilən suallar və onların...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"ün ilk mərhələsi
“MARSOL Mini Futbol Turniri 2023” 5 noyabr  tarixində start götürdü. Turnirin ilk turundan  maraqlı, həyəcanlı və çəkişməli mübarizələrə şahid olduq. Turnirin...
Ölkə Futbolu
İlk müqaviləmizi imzaladıq.
İlk müqaviləmizi imzaladıq.
Beləliklə,beynəlxalq və rəsmi lisenziyalı FİFA futbol agenti olaraq,ilk müqaviləmizi imzaladıq. Sabah FK-nun və Azərbaycan U 17-19 milli komandasının üzvü olan iki oyunçu ilə...