BİZON Student Cup II başa çatdı.

BİZON Student Cup II başa çatdı.

BİZON Student Cup II başa çatdı.

"BIZON Energy"-nin sponsorluğu, QOLAT Sport Services-in təşkilatçılğı ilə keçirilən BİZON Student Cup II-nin 7 aprel tarixində final mərhələsi baş tutdu. Günün ilk oyunu 3-cülük uğrunda Medicals-Cyber MFC komandaları arasında baş tutdu. Oyunun əsas vaxtı 1-1 hesabı ilə bitdi. Penaltı zərbələrində Cyber MFC rəqibini məğlub edərək turnirin bürünc mükfataçısı oldu. Saat 18:00 -da baş tutan oyunda çempionun adına aydınlıq gətirildi. 7 həftə davam edən turnirdə çempionluq uğrundan Elitar FC-4US komandaları üz-üzə gəldilər. Elitar FC oyuna çox sürətli başladı. Rəqibi qarşısında 4-0 önə keçən Elitar FC artıq çempionluq mahnıları oxumağa başlamışdı.Lakin 4US komandası möhtəşəm geri dönüş edərək hesabı bərabərləşdirdi. Oyunun əsas vaxtı bərabərə bitdi.Penaltı zərbələrində güclü olan Elitar FC, BİZON Student Cup II-nin qalibi oldu. Çempion və turnirə qoşulan digər bütün komandalara növbəti turnirlərdə uğurlar arzu edirik.


Müəllif : Ağayev Nurlan

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
ZƏFƏR TURNİRİ 2021
ZƏFƏR TURNİRİ 2021
QOLAT Sport Service olaraq yeni bir turnirə start verdik. Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə “Karabağ Azerbaycandır Koordine etme Derneyi" tərəfindən dövlət...
Ölkə Futbolu
"Birlik" Uşaq Futbol Kuboku
Salam əziz, QOLAT Sport Services izləyiciləri. Bildiyiniz kimi 30.06.2022-ci il tarixində AFFA-nın elan etdiyi kütləvi futbol layihələri üzrə qrant müsabiqəsinin...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Ölkənin ən peşakar idman oyunlarının təşkilində özünəməxsus yeri olan Qolat Sport Service layihələrinə qaldığı yerdən davam edir. Uşaqlar və gənclər arasında müxtılif növ idman...