Futbol Konfransı Bakı

Futbol Konfransı Bakı

Futbol Konfransı Bakı

QOLAT Sport Service & Football Agency tərəfindən təşkil olunan Football Conference Baku“  beynəlxalq futbol konfransı 29 May tarixində baş tutacaqdır. Azərbaycanda ilk dəfə təşkil olunacaq forumun əsas məqsədi ölkəmizdə futbol işi ilə məşqul olan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssisləri dinləmək , öyrənmək və əlaqlərini genişləndirməkdir.

Futbol Konfransının əsas mövzu istiqaməti : “Changing World of Football” , ana dilimizə tərcüməsi ilə isə “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulmuşdur. Konfransda Türkiyə, Avropa və Azərbaycandan olan futbol mütəxəssisləri iştirak edərək, panel müzakirələrində iştirak edəcəklər. Konfrans iştirakçıları ölkəmizdəki klub nümayəndələri , futbolçular , FIFA futbol agentləri, məşqçilər və gələcəkdə öz karyerasını bu istiqamətdə qurmaq istəyən şəxslərin iştirakını nəzərdə tutur, foruma xaricdən iştirakçıların da qatılması nəzərdə tutulur.

QOLAT Sport Service & Football Agency olaraq, bu forumun keçirilməsini ölkəmiz üçün vacib hesab edirik və futbolun sadəcə meydançada oynan oyun kimi yox, həmçinin müzakirələr edərək , bu sahədə uğurlu olmuş ölkələrin təcrübələrini paylaşaraq , müasir futbolda istifadə olunan texnologiyaları , futbolçu yetişdirilməsi, oyunçu və klublarla münasibətlərin inkişaf etdirilməsi , transfer məsələləri kimi mövzularda mütəxəssiz rəylərini dinləməyin vacibliyini göstərməkdir.

Forumda speaker kimi çıxış edəcək olan iştirakçıların siyahısını da qısa zamanda futbol içtimaiəti ilə paylaşacağıq.

Football Forum Baku , forumunda iştirak pulsuzdur , forum Hyatt Regency oteldə baş tutacaq, saat 11:00-də başlayacaq və saat 16:00 bitirilməsi nəzərdə tutulur. Forumda iştirak üçün qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz. 

Qeydiyyat üçün link : https://forms.gle/27ZTAduu9DeKmBRC6

QOLAT Sport Services & Football Agency şirkətinin instagram səhifəsi : https://www.instagram.com/qolatofficial/ 


Müəllif : Nurlan Ağayev

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
Tələbələr arasında Stolüstü tennis turniri başa çatdı.
Tələbələr arasında Stolüstü tennis turniri başa çatdı.
QOLAT Sport Services-in təşkilatçılığı, Apply-Uni Xaricdə Təhsil Şirkətinin baş sponsorluğu ilə Tələbələr arasında  keçirilən Masaüstü tennis turniri başa çatdı. 2 İyun...
II Bizon Student Cup
BİZON Student Cup II başa çatdı.
BİZON Student Cup II başa çatdı.
"BIZON Energy"-nin sponsorluğu, QOLAT Sport Services-in təşkilatçılğı ilə keçirilən BİZON Student Cup II-nin 7 aprel tarixində final mərhələsi baş tutdu. Günün ilk oyunu...
Digər idman növləri
"Voleybol Business Cup"-a qeydiyyat başlamışdır.
 QOLAT Sport Services-in təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyası və Azərreylin tərəfdaşlığı ilə Şirkətlər arasında baş tutacaq "Voleybol Business Cup" -a qeydiyyat...
Digər idman növləri
Növbəti Stolüstü Tennis Turnirimiz gəlir!
Növbəti Stolüstü Tennis Turnirimiz gəlir!
QOLAT Sport Services olaraq 2020-ci ilə böyük hədəflərlə başladıq. İlk rəsmi əməkdaşlıq MARSOL - Partners & Business üzvlüyünə qəbul olunduq. Marsol MMC 2017-ci ildən...