BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)

BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)

BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)

 

BIZON STUDENT CUP’ın Əsasnaməsi

Giriş

QOLAT Sport Service MMC şirkəti BIZON STUDENT CUP mini futbol turnirini təşkil edərək, tələbələr arasında futbolun təbliğini təmin etmək, turnirdə baş tutacaq olan oyunları təşkil etmək və qalibləri müəyyən etmək, mükafatlandırmaq və eyni zamanda oyunların gedişatına nəzarət edəcəkdir.

QOLAT Sport Service MMC -nin vəzifələri

  • Oyunların oynanılacağı stadionların təşkil edilməsi;
  • Oyunları idarə etmək üçün AFFA dərəcəli hakimlərin təyin edilməsi;
  • Komanda kapitanlarıyla birlikdə turnirin püşkatmasını təşkil etmək;
  • Turnirin açılış mərasimini təşkil etmək;
  • Oyunların vaxtının cədvələ görə təyin edilməsi;
  • Yaranan problem və mübahisəli məsələlərin həll edilməsi.

Büdcə

  • Komandaların BIZON STUDENT CUP mini futbol turnirinə giriş üçün qatılma haqqı 130 AZN-dir. Çempionat başlamadan öncə müqavilə zamanı ödəniləcək olan məbləğdir. Bu ödənişdən əlavə heç bir ödəniş yoxdur və bütün xərclər, eləcədə 8 oyunçu üçün tərəfimizdən dizayn olunmuş və hazırlanmış futbol formaları da bu ödənişə daxildir.  

Mükafatlar

  • " BIZON STUDENT CUP " Mini Futbol turnirində :
  • 1-ci yer tutan komandaya 1500 AZN pul mükafatı, xüsusi hazırlanmış Kubok, medal , diplom təqdim ediləcəkdir.
  • 2-ci yer tutan komandaya 1000 AZN pul mükafatı, Kubok, diplom təqdim ediləcəkdir.
  • 3-cü yer tutan komandaya 500 AZN pul mükafatı, Kubok, diplom təqdim ediləcəkdir.
  • Turnirin ən çox qol vuran oyunçusuna xüsusi mükafat veriləcəkdir.
  • Turnirin ən yaxşı qapıçısına xüsusi mükafat veriləcəkdir.

Oyunların keçirilmə vaxtı

  • QOLAT Sport Service MMC -nin təşkil etdiyi oyunlar əsasən həftə sonu, Bazar günü səhər saatlarında keçiriləcəkdir. (İstisna hallar ola bilər).

Komandaların Öhdəlikləri

  • Komanda kapitanı www.qolat.com saytına daxil olaraq KOMANDANI YARAT bölməsindən öz komandasını yaratmalı, eləcədə komanda üzvlərinə aid məlumatları qeyd etməlidir.
  • İştirakçı komandalar turnir başladıqdan sonra qeydiyyat siyahısına saldıqları oyunçulardan əlavə oyunçu gətirə bilməzlər.
  • Turnirə qatılan hər bir komandanın heyyəti yalnız tələbələrdən ibarət olmalıdır, lakin fərqli universitetlərdə oxuyan tələbələr də eyni komanda da iştirak edə bilər.  
  • Hər oyun öncəsi oyun protokolunda adları qeyd edilən oyunçular meydançaya çıxa bilər, oyun protokolunda adı olmayan oyunçular həmin oyunda oynaya bilməz, belə hala rast gəlinərsə komandaya texniki məğlubiyyət veriləcək.
  • Komanda onu təmsil edən və ya meydançada dəstəkləyən hər hansı şəxsin (futbolçular, azarkeşlər və s.) davranışlarına görə məsuliyyət daşıyır.
  • Hər komanda özünə kapitan təyin etməli və ilkin qeydiyyat zamanı kapitan öz əlaqə vasitələrini göstərməlidir.
  • Komandalar oyun zamanı hakimlərə hörmətlə yanaşmalı, onların işinə müdaxilə etməməli və onlara qarşı hər hansı təhqir və ya fiziki təziqə yol verməməlidirlər. Əks halda Təşkilatçı (QOLAT Sport Service MMC) tərəfindən cəzalandırıla bilərlər. Cəza komandanın fərdi üzvünə və ya bütovlükdə komandaya tətbiq edilə bilər.

Komandaların Heyyətinin təşkili

  • Bir komanda 10 oyunçudan ibarət heyyətlə turnirə qatılmalıdır, lakin meydanda yəni oyun zamanı 5 oyunçu , 1 qapıçı olmaqla toplamda 6 nəfər iştirak edəcəkdir. 
  • Qeydiyyat zamanı hər komandadan 1 nəfər kapitan və baş məşqçi olaraq bildirilməlidir.
  • Kapitanlar püşkatmaya qatılmalıdırlar və  komandalarının üzvlərini bizə bildirməklə məsuldurlar. Saytdan onlayn qeydiyyatdan keçən oyunçular turnirdə iştirak etmə hüququ əldə edir. Eləcədə onlayn qeydiyyat zamanı komanda üzvlərinin şəkilləri və şəxsiyyət vəsiqələri portala yüklənməlidir.

Müsabiqə sistemi / Qrup mərhələsi

  • BIZON STUDENT CUP – qrup mərhələli turnir olub, hər qrupda 4 komanda yer almaqdadır və 32 komandanın iştirakı nəzərdə tutulmuşdur.
  • Qrupların müəyyən olunması püşkatmayla təyin ediləcəkdir.
  • Qrup mərhələsində hər bir komanda 3 oyun keçirəcəkdir. Qrup mərhələsində qalibiyyət 3 xal, bərabərlik 1 xal, məğlubiyyət 0 xaldır.
  • Qrupdan yalnız ən çox xal toplamış ilk iki komanda növbəti tura keçir.
  • Əgər qrupda hər iki komandanın xal sayı eynidirsə, top fərqində (çox qol vuran) çox olan komanda önə keçəcəkdir.
  • Əgər qrupda bir neçə komandanın xal sayı və müsbət qol sayı eynidirsə, o zaman öz aralarındakı oynanılan oyunlara görə sıra müəyyənləşəcək.
  • Əgər bir qrupda 3 komandanın xal sayı, müsbət qol sayı və öz aralarındakı oyunlarda da bərabərlikdirsə, bu zaman komandaların aldığları sarı və qırmızı kartlar hesablanacaq ( 2 sarı = 1 qırmızı) daha az kart alan komanda üst sırada olacaqdır.
  • Ələmə mərhələlərində məğlub olan komandalar müsabiqəni tərk edəcəkdir.
  • Yarımfinalda məğlub olan komandalar 3-cü yer uğrunda 1 oyun daha keçirəcəklər.
  • Ələmə mərhələsində bərabər bitən oyunlarda qalibi müəyyən etmək üçün 5 penalti vuruşları olacaqdır. Protokolda adı olan istənilən oyunçu penal vura bilər, penal vuruşları zamanı komanda qapıçını dəyişə bilər. Penal 6 metrdən vurulacaqdır.
  • Oyunlar 50 dəqiqə oynanılacaqdır.
  • 25 dəqiqəlik 2 hissədən ibarətdir;
  • hissələr arası 5 dəqiqəlik fasilə olacaqdır;
  • 1 oyun vaxtı maksimum 1 saat  ola bilər.

Oyun qaydaları

  • Oyunun istənilən vaxtında meydançada 6 oyunçu olmalıdır (1+5) , oyundan çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Oyunçu dəyişikliyində limit yoxdur.
  • Ehtiyat oyunçu sadəcə komanda yoldaşı meydançanı tərk etdikdə, stadionun mərkəz hissəsindən meydana daxil ola bilər.
  • Hansısa komanda istənilən oyunda protokola daxil etmədiyi oyunçudan istifadə edərsə (həmin oyunçu ilkin qeydiyyat zamanı siyahısında olsa belə, lipa sayılacaq)  və həmin oyunda qalib gələrsə, oyunun nəticəsi ləğv olunacaq,  lipadan istifadə edən komandaya texniki məğlubiyyət veriləcək (0:5) və 3 xal rəqib komandanın hesabına yazılacaqdır.
  • Oyundan kənar vəziyyət yoxdur.
  • Yan xətdən topun oyuna daxil edilməsi ayaq zərbəsiylə baş tutmalıdır.Yan xətdən birbaşa qapıya vurulan qollar qeydə alınmayacaqdır.
  • Yan xətdən topu oyuna daxil edən oyunçu hakimdən rəqibin 5 metrə məsafədə durmağını tələb edə bilər, əks halda ən az 2 metr məsafə olmalıdır. Cərimə zərbələri zamanı bu məsafə  ən az 5 metr olmalıdır.
  • Turnirdə qapıçı qapıdan zərbə zamanı topu yalnız əli ilə oyuna daxil edə bilər. Eləcə də, oyunçu öz qapıçısına ayaqla pas ötürərsə, qapıçı topu əlinə ala bilməz. Əgər oyunçu öz qapıçısına ayaqla pas ötürdükdən sonra qapıçı topu əlinə alarsa, bu zaman həmin komandanın qapısına sərbəst zərbə təyin olunacaq. Oyunçu öz qapıçısına yalnız başı və sinəsi ilə pas ötürdüyü halda, qapıçı topu əlinə ala bilər.
  • Turnirdə oyunlar 5 nomrə topla oynanılacaqdır.
  • Oyun zamanı 6-cı dəfə cərimə qaydasını pozan komandanın qapısına 10 metirlik cərimə zərbəsi təyin edilir. Cərimə zərbəsi yerinə yetirildikdən sonra cərimələr sıfırlanır. Birinci hissədə yığılan cərimələr 2-ci hissəyə keçmir.
  • Oyunçusu qırmızı kart alıb meydanı tərk etmiş komanda həmən hissəni azlıqda keçirir. Növbəti hissə heyyət tamamlanır, əgər oyunun ikinci hissəsində oyunçu qırmızı kart alarsa komanda həmin hissəni azlıqda keçirir.  Bu maddə həm qrup, həm də sonrakı mərhələlərə də şamil ediləcəkdir.
  • Pley-oflarda heç heçə qeydə alınarsa 5 dəqiqəlik əlavə vaxt təyin edilir. Əlavə vaxtda əgər qalib müəyyənləşmirsə penalti vuruşlarıyla qalib müəyyən edilir.
  • Penaltilər növbə ilə hər komanda 5 zərbə vurur, komandanın istənilən oyunçusu zərbəni yerinə yetirə bilər və komanda penaltilərdə qapıçını dəyişə bilər. Heç heçə olarsa, qalib təyin olunana qədər hər komanda 1 zərbə vuracaqdır. 
  • Etik qaydaları və idman normalarını pozan oyunçular üçün birbaşa qırmızı kart və bir neçə oyunluq cəzalar tətbiq olunacaqdır.
  • Komanda oyunun başlama saatından 15 dəqiqə öncə hazır vəziyyətdə olmalı, oyun protokolunu imzalayaraq təşkilatçı nümayəndəyə təqdim etməlidir. Oyun başladığı saatdan 15 dəqiqə keçmişsə və komanda ən azı 4 nəfərlə meydançada olmazsa, komandaya texniki məğlubiyyət ( 0:5) veriləcəkdir və rəqib komandaya 3 xal veriləcəkdir.
  • Bundan başqa, oyunçular stadiona butsu ilə, eləcə də rəqibə və ya özünə təhlükə törədəcək , -qolbağ, bilərzik, boyunbağ, saat, kəsici alətlər və s. kimi əşyalardan istifadə etməsi qadağandır. Oyun zamanı belə hala rast gəlinərsə oyunun hakimi tərəfindən oyunçuya və  ümumilikdə komandaya cəza tətbiq ediləcəkdir.
  • Müsabiqə zamanı baş verən münaqişələri təşkilatçı qurum QOLAT Sport Service MMC həll edəcəkdir.

Turnirdə İştirak edə bilməz:

QOLAT Sport Service’in  əsas məqsədi həvəskarlar arasında futbolun təbliğatını aparmaq və tamamiylə həvəskarlardan ibarət turnirlər təşkil etməkdir. Məhz buna görə də , aşağıda qeyd edilən; peşəkar hesab edilən, və ya peşəkar futbola yaxın hesab edilən liqalardan oyunçular iştirak edə bilməz.

  • TOPAZ premyer liqasında son 4 sezon oynamış oyunçu iştirak edə bilməz.

Sezonlar : 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019

  •  I DİVİZİON liqasında son 4 sezon oynamış oyunçu iştirak edə bilməz.

Sezonlar : 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019

  • Futzal YÜKSƏK LİQA’sında , son 4 sezon oynamış oyunçu iştirak edə bilməz.

Sezonlar : 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019

  • Çimərlik Futbolunda (liqasında) , son 4 sezon oynamış oyunçu iştirak edə bilməz.

Sezonlar : 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019

  • Əvəzedicilərdə oynamış (U 16 / U 17 / U 19 liqasında) , son 4 sezon oynamış oyunçu iştirak edə bilməz.

Sezonlar : 2015-2016, 2016-2017, 2017-2018, 2018-2019

Futzal 1-ci Dəstə.

Sezon : 2016-2017 – maksimum 1 oyunçu daxil edə bilərlər.  

Sezon : 2017-2018, 2018-2019 – dən isə 1 oyunçu adı daxil edə bilər.

 

  • QOLAT Sport Service MMC tərəfindən təşkil edilən turnirdə qeydiyyatdan keçən bütün komandalar yuxarıda qeyd edilən “liqalarda oynamış futbolçuları qaydalara uyğun qeydiyyatdan keçirməməsi məsuliyyətini özü daşıyır”. Gələcəkdə hər hansı bir neqativ hal baş verərsə Komanda QOLAT Sport Service MMC -nin imicinə, xidmətinə və ya mülkiyyətinə verdiyi zərərə görə məhkəməyə veriləcəkdir.
  • QOLAT Sport Service MMC tərəfindən təşkil olunan turnirdə qeydiyyatdan keçirilmiş bütün oyunçuların peşəkar futbol fəaliyyəti tərəfimizdən yoxlanılacaq, bu yoxlama prosesi çempionatın başladığı tarixdən – bitmə tarixinədək davam edə bilər. QOLAT Sport Service MMC olaraq, bütün iştirakçılara daha öncə qaydalara uyğun gəlməyən oyunçuların qeydiyyatdan keçirilməməsini bildirmişik, məhz buna görə də komanda “lipa” oyunçuları turnirdə oynadarsa komandaya tətbiq ediləcək cərimələrə görə məsuliyyəti özü daşıyır.  Əgər hər hansı bir komandada reqlamentin pozulması aşkarlanarsa həmin komanda turnirdən bir başa uzaqlaşdırılacaq və qaydalardan daha öncə xəbərdar olmasına baxmayaraq bilərəkdən  turnirin gedişatına və QOLAT Sport Service MMC xidmətə verdiyi zərərə görə cərimə ödənişi tələb ediləcəkdir və eyni zamanda turnirə qoşulmaq üçün ödədiyi məbləq geri qaytarılmayacaq.

f

Fors-major hallar

  • Kəskin hava şəraitində və ya meydançanın oyun üçün yararlı olmadığı hallarda təşkilatçı qurumun oyunu başqa tarixdə təşkil etmək hüququ vardır.

 

Geyim

  • Oyunçular idman formaları və idman ayaqqabıları ilə oyuna çıxmalıdırlar, əks halda oynamalarına icazə verilməyəcəkdir.
  • Oyunçular stadiona butsu ilə, eləcə də, rəqibə və ya özünə təhlükə törədəcək , -qolbağ, bilərzik, boyunbağ, saat, kəsici alətlər və s. kimi əşyalardan istifadə etməsi qadağandır. Oyun zamanı belə hala rast gəlinərsə oyunun hakimi tərəfindən oyunçuya və  ümumilikdə komandaya cəza tətbiq ediləcəkdir.
  • Komandanın oyunçuları eyni rəngli və ya nömrəli formalarla oyunda iştirak etməlidirlər.

 

Mübahisəli məsələlərə baxılması:

 

  • QOLAT Sport Service MMC tərəfindən təşkil olunan BIZON STUDENT CUP Mini Futbol turnirində mübahisəli məsələlərə QOLAT Təşkilatı Komitəsi tərəfindən baxılacaqdır. Etiraz edən komanda müraciət ərizəsini 1 gün müddətində yazılı və imzalı şəkildə təşkilatçı qruma verməlidir. Təşkilatçı qurum isə 2 gün müddətində müraciətə cavab olaraq qərar verməlidir.
  • BIZON STUDENT CUP mini futbol turnirində qaydalara uyğun olmayan oyunçunu siyahıya salan komandalarla mübahisəli məsələlər yaranarsa, QOLAT Sport Service MMC həmin komandaların işinə baxılması üçün AzWestGroup MMC Hüquq şirkətinə müraciət edəcəkdir. QOLAT Sport Service MMC -nin təşkil etdiyi turnirə zərər verdiyi üçün həmin komandalar üçün cərimələr tətbiq oluna bilər, dəymiş zərərin ödənilməsi ola bilər, turnirdən uzaqlaşdırma ola bilər. BIZON STUDENT CUP Mini Fubtol turnirində “zərər”  anlayışı reqalamentə uyğun olmayan oyunçuların heyyətə salınması nəzərdə tutulur.

Əsasnamədə dəyişikliklər

  • Bu sənəddə qeyd olunan qaydalar çempionat zamanı əmələ gələn məcburi vəziyyətlər zamanı yenilənə və ya dəyişdirilə bilər. Sözügedən hallar internet səhifəmizdə və sosial şəbəkələrdə öncədən elan ediləcəkdir.
  • Eləcədə , çempionat başladıqdan sonra və müddətində BIZON STUDENT CUP mini futbol turnirinin əsasnaməsində (qaydalarında) dəyişikliklər və düzəlişlər edilə bilər.

Əsasnamədə istifadə edilən sözlər üçün izah:

  • Reqlament – turnirin ümumi əsasnaməsini nəzərdə tutur.
  • Protokol – hər oyun öncəsi komandanın həmin oyun üçün olan iştirakçı siyahısını nəzərdə tutur.
  • Penal – BIZON STUDENT CUP Mini Futbol turnirində 6 metrdən vurulan zərbədir. Bir oyunçu tərəfindən vurulan və qarşısında tək maneə qapını qoruyan rəqib oyunçudur, yəni qapıçıdır.  
  • Zərər anlayışı - BIZON STUDENT CUP Mini Fubtol turnirində “zərər”  anlayışı əsasən reqalamentə uyğun olmayan oyunçuların heyyətə salınması nəzərdə tutulur və eyni zamanda ümumi qoyulan qaydaları pozaraq QOLAT Sport Service şirkətinə dəymiş ziyanı nəzərdə tutur.

 

 


Müəllif : qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib. Qeyd edək ki,  ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib....
Ölkə Futbolu
“MARSOL Mini Futbol Turniri 2021
“MARSOL Mini Futbol Turniri 2021
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL üzv şirkətləri arasında...
Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turnirini təşkil edəcəyik.  MARSOL - Marketing Solutions şirkətinin üzv...
Digər idman növləri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
MARSOL'un üzv şirkətləri arasında keçirilən stol üstü tennis turniri çox maraqlı oldu, əlliyə yaxın şirkət rəhbər əməkdaşlarının qatıldığı stol üstü tennis...