BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!

BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!

BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!

Futbolu maraqlı edən tərəflərindən biri də bu oyundakı cəzalardır, çünki bu proses zamanı bir komandaya demotivasiya versədə, digər komandanı, yəni rəqib komandanı da motivasiya edir və ya növbəti oyuna daha ciddi hazırlaşmasını təmin edir. 

İkinci turu geridə qoyan BIZON Student Cup , tələbələr arasında bəyənilən bir turnir olduğunu artıq sübut etmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, futbolda udan və uduzan tərəf mütləqdir, məhz buna görədə komandaları məğlub olduqları zaman çox üzülməmələrini sadəcə növbəti dəfə üçün daha çox hazırlaşmalarını tövsiyyə edirik. 

Beləliklə, ikinci turun cəzaları, yenə qırmızı kartsız ötüşmədi, hakimə etiraz edənlər də var idi, xalı silinən komanda da və ən arzuolunmazı isə turnirdən uzaqlaşdırılan komanda da oldu, bunu isə heç gözləmirdik, təəssüf!, amma və lakin, QOLAT Sport Services üçün qaydalar hər bir komandadan üstündür, məhz bizi fərqli edən də budur. 

Başlayaq sarı kartlardan , Məhəmməd Əliyev ( Western Baku ) , Tamerlan Vəlixanov ( Managers FC) , Hümbət Bayramov (Finance FC) , Hüseyn Axundov ( Politexnik ) , Sərvan Cəfərov ( Students of Azerbaijan ) , Vüqar Mahmudlu ( Xəzər FK ) , Sənani Həsənov ( SDU Filologiya ) , Arzuman Yusubov ( Victory of Students ). 

Birbaşa qırmızı kart alan , Murad Musazada ( birbaşa qırmızı , AZİİ-BA ) , iki sarıdan sonra qırmızı kartı qarantiyaya alan Nasir Məmmədli ( BMU FK). Hər iki, oyunçu növbəti oyunu buraxırlar. 

Turnirdə xalı silinən komanda ADİU FK, turnirdən qovulan komanda İqtisatçılar. 

Ümid edirik ki, qovulma və xal silinmə halları daha olmayacaq, lakin araşdırmalarımız davam edir, biz hər bir komandaya turnirə qoşulmadan öncə qaydalarımızı izah etdik, müqavilə imzaladıq, açılış mərasimində bir daha xəbərdarlıq etdik. Bizə və özünə qarşı dürüst olan komandalara bir daha dərin təşəkkür edirik, oyunlarında uğurlar arzu edirik. 


Müəllif : qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də II Tur
QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı.  Həyəcanlı və sürpriz nəticələrlə yadda...
Ölkə Futbolu
Almaniyada - Futbol Dərsləri!
Almaniyada - Futbol Dərsləri!
BVB BORUSSIA DORTMUND KAMPI QOLAT Sport Services, gənc futbolçuları peşəkar futbol dərsləri ilə tanış etmək və böyük futbol klublarının təcrübələrini göstərmək...
Digər idman növləri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
QOLAT - MARSOL / Stol Üstü Tennis Turniri
MARSOL'un üzv şirkətləri arasında keçirilən stol üstü tennis turniri çox maraqlı oldu, əlliyə yaxın şirkət rəhbər əməkdaşlarının qatıldığı stol üstü tennis...
Digər idman növləri
Tələbələr arasında Stolüstü tennis turniri
Tələbələr arasında Stolüstü tennis turniri
Yeni bir turnirlə qarşınızdayıq! Tələbələr arasında sosial aktivliyi təmin etmək və sağlam həyata çağırış məqsədilə,QOLAT Sport Services-in təşkilatşılığı ilə tələbələr arasında...