ZƏFƏR TURNİRİ 2021

ZƏFƏR TURNİRİ 2021

ZƏFƏR TURNİRİ 2021

QOLAT Sport Service olaraq yeni bir turnirə start verdik.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə “Karabağ Azerbaycandır Koordine etme Derneyi" tərəfindən dövlət qurumlarının əməkdaşlarından və könüllülərindən ibarət komdaları arasında  "Zəfər Turniri" adlı mini futbol turniri keçirilməkdədir. Turnirin əsas tərəfdaşlarından biri AFFA , təşkilatçı isə QOLAT Sport Servicesdir.

Keçən həftə bazar günü start verilən turnirə diqqət çox böyük olduğu üçün bütün komandaların  qrupdan çıxmaq üçün var güclərini ortaya qoyduqları daha ilk turdan bəlli oldu.

Hər turnirdə QOLAT olaraq qrupları analiz etdiyimiz kimi bu dəfə də ənənəyə sadiq qalaraq ilk turdan sonra qrupları sizlər üçün analiz etdik.  

A Qrupu : Bu qrupda ilk turdan sonra qəribə səslənsə də 4 komandanın hər birinin 1 xalı var və Turnir cədvəlinin 1-4cü yerlərini bölüşürlər. Heç-heçələrlə yadda qalan A qrupunun oyunlarında Xarici İşlər Nazirliyinin komandası ilə " Dəmir Yumruq" komandası, Qida Təhlükəsizliyi Agentliyinin komandası isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandası hərəyə bir xalı bölüşdürmüşlər. İkinci turda XİN komandası AQTA komandası ilə, QMİDK komandası isə "Dəmir Yumruq" komandası ilə üz-üzə gələcəkdir. Playoff mərhələsinə çıxmaq şansını artırmaq üçün hər 4 komandanın ikinci turda qızğın mübarizə aparacağı heç kimdə şübhə doğurmur.

B Qrupu: Heç-heçələrlə məhsuldar olan birinci turun oyunlarından sonra B qrupunda da bütün komandaların 1 xalı mövcuddur. Maraqlı məqamlardan biri də budur ki, bu qrupda bütün komandaların aktivində və passivində 4 qolu var. Keçən turda gərgin mübarizə şəraitində keçmiş DOST Agentliyi - Gənclər və İdman Nazirliyi komandaları arasında oyun həmçinin Asan Xidmət - Gənclər Fondu komandalarının oyunundan hərə evə 1 xalla dönmüşdür. A qrupunda olduğu kimi bu qrupda da bütün komandalar Playoff şanslarını qoruyub saxlayır. Növbəti turda Playoff şanslarını artırmaq üçün DOST Agentliyinin komandası Gənclər Fondunun komandasına, Gənclər və İdman Nazirliyinin komandası isə Asan Xidmət kollektivinə qalib gəlməyə çalışacaq.

C Qrupu: Püşk atmadan sonra "ölüm qrupu" kimi görünən C qrupunda ilk turdan sonra Kənd Təsərrüfatı Nazirliyinin komandası və Dövlət Gömrük Komitəsinin komandası hərəyə 3 xalla birinci ikinci pilləni bölüşürlər. Birinci turda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin komandasına 10-1 hesabı ilə qalib gəlmiş KTN komandası birinci pillədə qərarlaşmışdır. İkinci pillədə isə Dövlət Miqrasiya Xidmətinin komandasına 8-1 hesabı ilə qalib gəlmiş DGK komandası qərarlaşır. İlk turda böyük hesabla qalib gəlmiş hər iki komanda ikinci turda üz-üzə gələcəkdir. Playoff şanslarını 3-cü tura saxlamaq istəməyən hər iki komanda qalib gələcəyi təqdirdə , 4/1 finala vəsiqəni təmin edəcək. Məğlub komanda üçün isə işlər sonuncu tura qalacaq. Oyuna marağı artıran digər cəhət isə, hər iki komandanın hücum futbolu nümayiş etdirməsidir. Buna bariz nümunə olaraq KTN-dən  Ceyhun Qurbanov 6 qolla bombardirlik yarışına başçılıq edirsə, 4 qolla Xəyyam Babayev 3-cü pillədə qərarlaşıb.

Aktivində xalı olmayan və ikinci turda üz-üzə gələcək DMX - ETSN komandaları isə qrupda vəziyyətlərini yaxşılaşdırmaq üçün bir-birindən üstün olmağa çalışacaqlar. İkinci turda hər iki komanda üçün 3 xal hava və su kimi vacibdir. Talelərini rəqib komandaların oyunundan asılı etməmək üçün hər iki komanda bu turda qalib gəlməlidir.

D Qrupu: İlk turdan sonra D qrupunda iki komandanın aktivində 3 xal var. İlk turda Karabağ Azerbaycandır komandasına 10-2 hesabı ilə qalib gələn Təhsil Nazirliyinin komandası 3 xalla birinci pillədə qərarlaşıb. Zirvəni eyni xala malik DİDK komandası izləyir. Birinci Turda AFFA-nın komandasına 5-0 hesabı ilə qalib gələn komanda zirvə mübarizəsini davam etdirir. İkinci turda üz-üzə gələcək bu iki komandanın hər ikisi adını 8 xoşbəxt komanda arasına yazdırmaq üçün amansız mübarizə aparacaqlar. Qalib gələn komanda artıq Playoffun qapısın aralamış sayılacaq. Qeyd edək ki, Birinci turdan sonra aktivində 5 qolu olan və bombardirlər siyahısında ikinci pillədə qərarlaşan Hüseyn Əliyev Təhsil Nazirliyinin komandasının "vuran ayağıdır".

İlk turda məğlub olan AFFA və Karabağ Azerbaycandır komandalarının oyunu çox böyük maraq doğurur. Şanslarını digər klublardan asılı etməmək üçün hər iki komanda üçün 3 xal olduqca önəmlidir. İlk turda məğlub olaraq işlərini çətinə salan hər iki komandanın bu tur qalib gəlməkdən başqa şansları yoxdur. Öz oyunlarını qələbə ilə başa vuran komanda üçün  rəqiblərinin də oyunu çox böyük maraq doğuracaq.

İkinci turda bütün komandalara uğurlar arzu edirik, güclü olan qalib gəlsin!

Bizi sosyal şəbəkələrdə izləmək üçün :

 https://www.instagram.com/qolatofficial/

https://www.facebook.com/qolatsportservices


Müəllif : K.O

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri
MARSOL Mini Futbol Turniri
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turniri “ZƏFƏR” kubokunu təşkil edəcəyik. Turnirin təşkilatçısı...
Ölkə Futbolu
ZƏFƏR TURNİRİNDƏ II TUR
ZƏFƏR TURNİRİNDƏ II TUR
QOLAT Sport Servicesin təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) maliyyə dəstəyi ilə, “Karabağ Azerbaycandır Koordine Etme Derneği" tərəfindən dövlət...
II Bizon Student Cup
BİZON Student Cup II başa çatdı.
BİZON Student Cup II başa çatdı.
"BIZON Energy"-nin sponsorluğu, QOLAT Sport Services-in təşkilatçılğı ilə keçirilən BİZON Student Cup II-nin 7 aprel tarixində final mərhələsi baş tutdu. Günün ilk oyunu...
Ölkə Futbolu
MARSOL -
MARSOL - "ZƏFƏR" kubokunda ilk turun analizi
Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş, Marsoll-a üzv olan 32 komandanın iştirakı ilə həyata keçirilən MARSOL Mini Futbol Turniri 2022-“Zəfər Kuboku”-nda ilk...