"MARSOL Mini Futbol Turniri 2023"də II Tur

"MARSOL Mini Futbol Turniri 2023"də II Tur

QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı. 

Həyəcanlı və sürpriz nəticələrlə yadda qalan birinci turdan sonra bu turda maraqlı və çəkişməli keçdi. Əzmkar qrupların ikinci tur üzrə analizləri belədir: 

A qrupu 

A qrupunun ilk turunda turnirin qalibiyyət qazana bilməyən iki komandası Fin-Plast və Love Lokum qarşı-qarşıya gəldi. Mübarizəli keçən bu oyunda hər iki komanda heç-heçə qalaraq 1 xal əldə etməyi bacardılar.  

Qrupun ikinci oyununda 166 Yükdaşıma və Logistika və Modern Hospital qələbə qazanmaq üçün mübarizə apardılar. İlk turda da turnirə yaxşı hazırlaşdığını bəlli edən, lakin oyununu 1 xal ilə bitirən 166 Yükdaşıma və Logistika bu mərhələdə üstünlük qazanaraq oyunu 5-1 hesabla bitirdi. 

B qrupu 

B qrupunun ilk oyununda daha bir çəkişməli oyun BSF MMC və Kavrolin.az arasında oldu. Birinci mərhələdə geridən gələrək rəqibini məğlub edən Kavrolin.az komandası BSF MMC ilə oyunda bu əzmkarlıq göstərə bilmədi və matç 3-3 hesabla bitdi. 

İkinci oyunda isə ilk mərhələdə həyacanlı bir oyun sərgiləyən Sirab və TayqaTech komandası bu turda da əzmkar mübarizə sərgilədi . Lakin Sirab komandası 6-4 ilə bitən bu oyunda ikinci qələbəsini qazanaraq digər tura keçid etdi. 

C qrupu 

C qrupunda olan, keçirilən iki turun qalibi,oyunu böyük fərqlərlə bitirən Kapital Bank komandası ilə AzEstetik qarşı-qarşıya gəldi. İlk mərhələdən qalib olaraq çıxan AzEstetik möcüzəni reallaşdıra bilmədi.  

C qrupunun ikinci oyununda Biznesmenlər ilk qalibiyyətini 4-0 hesabla Avtotemir.az-a qarşı əldə etdi. 

D qrupu 

D qrupunun ilk oyununda turnirin maraqlı və çəkişməli oyunlarından biri olan Marsol Region və Medical Media qalibiyyət qazanmaq üçün yarışdılar. Mübarizəyə yaxşı başlayan Marsol Region komandası üstünlüyü əldən verərək 4-6 hesabla Medical Media-ya məğlub oldu. 

Qrupun ikinci qarşıdurması Slavyanka və Şam-Fi komadaları arasında keçdi. Birinci mərhələni əla nəticələr ilə bitirən Şam-Fi bu oyunda da əzmkarlığ göstərdi. 1-11 hesabı ilə bitən oyunda Slavyanka-nın tək qolunun müəllifi Qadir Zamanov oldu. 

E qrupu 

Qrupun qarşı-qarşıya gələn ilk komandaları CEO-lar və KOBİA oldu.İlk turnirdə rəqiblərini böyük fərqlə məğlub edən KOBİA bu turnirdə də öz əzmkarlığını göstərdi. 2-20 hesabla bitən bu oyunda CEO-lar mübarizəni davam etdirərək rəqibinə 2 qol vurmağı bacardı. 

E qrupunun ikinci qarşıdurması İş adamları və ArchiCO arasında oldu. İlk turu çəkişməli bitirən hər iki komanda maraqlı və həyəcanlı bir oyun oynadılar. Lakin ArchiCO komandası rəqibinin ona yaxınlaşmasına icazə verməyərək 8-15 hesab ilə qalib gəldi. 

F qrupu 

F qrupunun ilk mübarizəkarları olan Şərq Motors və Bakı Masura  oyunu 9-2 Şərq Motors-un üstünlüyü ilə bitdi. 

Bu turda ilk mərhələdə mübarizələləri ilə maraqlı oyunlar oynayan Meqa Həyat və CasPos komandası üz-üzə gəldi. 5-4 hesabla bitən bu oyunda Meqa Həyat daha bir qalibiyyət qazanmağa nail oldu. 

G qrupu 

Qrupun birinci qarşıdurması Pimapen və AZDİZAYN GROUP arasında oldu. Keçən ilki turnirdə yüksək nəticələr göstərən Pimapen komandası bu turnirdə də əzmkarlığını qorumağa davam edir. 6-1 ilə bitən bu maçtda Pimapen sıralamanın yuxarı hissəsinə çıxmağa nail oldu. Elmir Vəliyevin vurduğu qol isə AZDİZAYN üçün təsəlli qolundan başqa bir şey olmadı. 

G qrupunun ikinci qarşıdurması Ascend Group və Sahibkarlar arasında oldu. Sahibkarlar komandası rəqibini qapısına yaxınlaşmağa icazə verməyərək 15-0 hesabla daha bir qalibiyyətini qazandı. Bunu da qeyd edək ki, Sahibkarlar komandasının hər bir oyunçusu- qapıçısı daxil qol atmağa nail olmuşdur. 

H qrupu 

H qrupunda ilk oyunlarında yüksək performans göstərən Evsetra və İlğım arasında oldu. Hər iki komanda əzmkar mübarizə aparsada Evsetra 10 -1 hesabla qalib oldu.  

Turun son oyunu üz-üzə gələn komandalar Mobil Group+Formag və ERZ Ofis Mebel oldu. Hər iki komanda oyun sonuna qədər çəkişməli mübarizə aparsada hər bir komanda 1 xal alaraq oyunu bitirdi. 

Turnirin ilə bağlı ümumi məlumatları əldə etmək üçün bizi izləməyə davam edin: 

https://www.instagram.com/qolatofficial  

https://www.facebook.com/qolatsportservices/  

https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw  

Əlaqə nömrələri:    
055 527 10 40 (Zəng və WhatsApp)    
070 814 91 66 (Təcili zənglər)      

 

 

 


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON Student Cup'da son 8 komanda!
BIZON Student Cup'da son 8 komanda!
QOLAT Sport Services tərəfindən təşkil olunan tələbələr arası BIZON Student Cup mini futbol turnirində 1/4 finalçılar artıq bəllidir.  Turnirə rəng qatan tələbə komandalar arasında əsl...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri
BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri
BIZON Student Cup'da qeydiyyat yekunlaşdı, beləliklə bütün komandalar qeydiyyatlarını yekunlaşdıraraq turnirdə iştiraklarını rəsmiləşdirdilər.  Bu gün 32 komandanın kapitanına rəsmi...
Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turnirini təşkil edəcəyik.  MARSOL - Marketing Solutions şirkətinin üzv...
Ölkə Futbolu
"MARSOL Mini Futbol turniri 2023" püşk atma mərasimi
28 oktyabr tarixində QOLAT Sport Service’nin təşilatçılığı, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi-KOBİA, İşadamları Cəmiyyəyinin Milli Asossasiyası-İCMA, “MARSOL” MMC-nin...