"MARSOL Mini Futbol Turniri 2023"-ə qeydiyyat başladı.

"MARSOL Mini Futbol Turniri 2023"-ə qeydiyyat başladı.

QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik...

 

QOLAT Sport Service-nin təşkilatçılığı, MARSOL GROUP, KOBİA və İCMA-nın rəsmi tərəfdaşlığı ilə   “MARSOL  Mini Futbol Turniri 2023” təşkil olunacaq.

Hər zaman maraqlı oyunlar, əzmkar mübarizələr,  əyləncəli azarkeş qrupları ilə yadda qalan və həyəcanla izlənilən MARSOL Mini Futbol Turnirimizə bu dəfə də sizləri komanda üzvlərinizlə birlikdə dəvət edirik.

Turnirdə 32 komanda iştirak edəcək, ilk 3 yeri tutan komanda qalib hesab ediləcəkdir, turnir 2 ay və yalnız bazar günü səhər saatlarında baş tutacaqdır. Turnirin öz reqlamenti və qaydaları mövcuddur.Hər bir komanda bu reqlamentə əsasən qeydiyyata alınacaqdır.

MARSOL  üzv şirkətlər arasında keçirəcəyimiz  üçüncü mini futbol turnirinin ilk oyunları 29 oktyabr tarixində start götürəcək. Turnirə qoşulmaq üçün son qeydiyyat tarixi 1 oktyabrdır.

Turnirin əsas məqsədi iştirakçılar arasında sosyal və ya idman aktivliyini təmin etmək, dostluq və biznes əlaqələrinin  daha da inkişaf etdirilməsinə töhvə verməkdir.

Qeyd: İştirakçı şirkətlərin əməkdaşları rəsmi olaraq (e-gov) minimum 3 ay şirkətdə müqaviləsi olmalıdır.

Turnirin əsasnaməsi ilə aşağıdakı linkə keçid edərək tanış ola bilərsiniz.

https://qolat.com/championship/rules/15


Təşkil etdiyimiz turnirləri izləmək üçün linkə daxil ola bilərsiniz:
https://www.youtube.com/watch?v=Ul3VtBWOoD0

Sosial şəbəkə hesablarımızdan bizi izləyərək turnirlə bağlı paylaşımlarımızı görə bilərsiniz:

https://www.facebook.com/qolatsportservices

https://www.instagram.com/qolatofficial

Əlaqə nömrələri: 055-891-98-98
                            055-527-10-40
Ünvan: Cəfər Cabbarlı 44, Caspain Plaza 2/2


Müəllif : Nurlan Ağayev

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023" qrup mərhələsinin son turu
19 noyabr tarixində “MARSOL Mini Futbol Turniri 2023” qrup mərhələsinin son turu keçirildi. Bu turun sonunda 16 komanda 1/8 mərhələsinə keçid etdi. Turun nəticələri aşağıdakı...
Digər idman növləri
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
QOLAT Sport Services-in təşkilatçılığı ilə Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri” keçiriləcək.  Turnirin əsas məqsədi Networking’dir,...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...