
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start verildi.
Turnirin ilk turunda 8 fərqli qrupda bir-birindən maraqlı və gərgin matçlar keçirildi.
A qrupunda bir neçə universitetin tələbələrindən ibarət olan Students of Azerbaijan komandası Tarix fakültəsinin tələbələrindən yaradılan Tarix FK komandasını 8:2 hesabı ilə məğlub etdi. Qrupun digər oyununda isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrindən ibarət olan Economics FC komandası Bakı Ali Neft Məktəbini təmsil edən BANM FK komandasına 5:2 hesabı ilə qalib gələrək ilk turdan sonra vurulan qol fərqinə görə 2 ci yerdə qərarlaşdı.
Böyük hesablı qələbələr ilə yadda qalan B qrupunda Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət olan BMU FK komandası AZii 1920 komandasına böyük hesabla 9:0 qalib gələrək qrupun liderliyini ilk turdan ələ keçirməyi bacardı. Qrupun ikinci oyununda Tibb Universitetinin komandası olan STOM FK komandası isə BSU-UNEC komandasına 8:1 hesabı ilə qələbə gəldi.
Turnirin üçüncü qrupu olan C qrupunda isə İqtisad Universitetinin tələbələrindən ibarət olan ADİU FK komandası 6:0 hesabı ilə Manager FC komandasına qalib gəldi.
Qrupun digər oyununda isə Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət olan Engineering Team komandası Qərb Universitetini təmsil edən Western Baku FC komandasına 5:1 hesabı ilə qalib gələrək yalnız top fərqinə əsasən qrupda ikinci yerdə qərarlaşdı.
Çempionatın maraqlı qruplarından biri olan D qrupunda isə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin tələbələrindən yaradılan BDU Tarix FK komandası Texniki - Müalicə FK komandasına 4:3 hesabı ilə qalib gəlməyi bacardı. Qrupun digər oyununda isə gərgin keçən matçda ADUNEC FC və University United FC komandaları sülhə razılaşdılar - 3:3.
Ən gərgin keçən qruplardan biri olan E qrupunda isə hər iki oyun 2:2 lik bərabərliklə başa çatdı. Xəzər FK 2:2 Victory of Students və SDU-Filologiya 2 - 2 Ufaziens
Çempionatın ölüm qrupu adlandırılan F qrupunda hər iki matç əzmkar mübarizə şəraitində keçdi. Qrupun ilk və gərgin oyununda Aztu United və ADNSU FK komandaları ilə 4:4 lük bərabərliyə razılaşıblar. Qrupun digər matçında isə Cooperation Team komandası Med United komandasına 5:3 hesabı ilə qalib gələrək qrupda liderliyi ələ keçirdi.
Turnirin G qrupunda inamlı oyunu ilə maraqları özünə cəlb edən Politexnik FK komandası Finance FC komandasına 10:2 hesabı ilə qalib gələrək qrupun liderliyini ələ keçirdi. Digər oyunda isə gərgin keçən mübarizədə Students United komanda AZii - BA komandasına 4:3 hesabı ilə qalib gəlməyi bacardı.
Son qrupumuz olan H qrupundakı matçlar isə inamlı qələbələr ilə yadda qaldı. Beləki AZMİU FK komandası İqtisadçılar komadasına 4:0 hesabı ilə, Avia- İqtisad komandası isə Union of Students komandasına 9:5 hesabı ilə qalib gəlməyi bacardı.
Çempionatımız sizlər üçün daha da maraqlı etmək üçün oyundan sonra olan video müsahibələri də Youtube kanalımıza daxil olaraq izləyə bilərsiniz.
https://www.youtube.com/watch?v=PIxf29JTH5A
Növbədə isə bizləri 27 oktyabr qrup mərhələsinin ikinci tur oyunları gözləyir. Sizlər də bizim matçları izləməyə dəvət edirik.
Ünvan: Azfar group 9mkr filialı ( Tərlan r/a)
Tarix: 27 oktyabr / 09:00 - 15:00
Müəllif : Murad Hümmət
Şərhlər (0)