"II Bizon Student Cup" üçün qeydiyyatı başladı!

"II Bizon Student Cup" üçün qeydiyyatı başladı!

Ölkənin  sevilən enerji içkisi olan “Bizon Energy”nin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon Student Cup 2 Mini Futbol Turnirinə qeydiyyat başlandı.  

 
Azərbaycanın bir çox universitetlərini əhatə edəcək olan turnir yalnız tələbələrdən ibarət olan komandalardan təşkil olunacaqdır. Turnirin mükafat fondu 3000 AZN-dır. 

Bizon Student Cup’da 1-ci yer tutan komanda 1500 azn , 2-ci yer tutan komanda 1000 azn və 3-cü yer tutan komanda 500 azn mükafat qazanacaqdır. 

 BIZON STUDENT CUP 2’də yalnız 32 komanda iştirak edəcəkdir, mini futbol çempionatına qatılan hər bir komandanın heyyəti yalnız tələbələrdən ibarət olmalıdır, lakin fərqli universitetlərdə oxuyan tələbələr də eyni komanda da iştirak edə bilər. 

Komandaların qeydiyyatı müəyyən şərtlər əsasında həyata keçiriləcəkdir, şərtlərlə tanış olmaq üçün aşağıda qeyd edilən linkdən keçid edə bilərsiniz. Digər əsas şərt isə bir komanda minimum 8, maksimum 10 oyunçuyla qeydiyyatdan keçməlidir. Qeydiyyat onlayndır , qeydiyyat linki xəbərin sonundadır. Turnirə giriş ödənişi cəmi 200 azn-dir. Onu da qeyd edək ki, təşkilatçı tərəfindən 8 oyunçuya forma veriləcək. Istəyə görə əlavə forma sifariş verilə bilər. 

Bizon Student Cup oyunları “AzFar” stadionlarında keçiriləcək. Oyunlar milli dərəcəli hakimlər tərəfində idarə ediləcəkdir. Turnir zamanı foto və video çəkilişlər, eləcədə oyundan sonra video müsahibə olacaqdır, bundan başqa oyunlar zamanı Bizon Energy tərəfindən Bizon energetik içkiləri və su veriləcəkdir. 
Çempionatımızın digər maraqlı tərəflərindən biri isə müxtəlif platformalarda olan informasiya və görüntü materialları olacaqdır. Tur bitdikdən sonra isə saytımızın xəbər bölməsində turun icmalı haqqında xəbərimiz, həmçinin sosial media platformalarımızda maraqlı statistikalar, əyləncəli paylaşımlar və turun ən yaxşı oyunçusu və komandası nominasiyası üzrə qalib olanlar haqqında paylaşımlar olacaqdır. 

 

SƏNDƏ KOMANDANI YARAT, GƏL, BÖYÜK MÜKAFATIN SAHİBİ SƏN OL! 

 

Qeydiyyatdan keçmək üçün link: 

https://www.qolat.com/account/create 

Əsasnaməyə keçid üçün link: 

https://1drv.ms/w/s!AoXJzWsgCQX9hRcoZtfwj4leIgBD?e=aRFu7l 

Sosial media hesablarımızı izləməyini xahiş edirik: 

https://www.instagram.com/qolatofficial 

https://www.facebook.com/qolatsportservices/ 

https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw 

Əlaqə nömrələri: 
055 527 10 40 (Zəng və WhatsApp) 
070 814 91 66 (Təcili zənglər) 


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ
MARSOL Mini Futbol Turnirində 1/8 Mərhələ
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turnirində qrup mərhələsi...
Digər idman növləri
Tələbələr arasında Stolüstü tennis turniri
Tələbələr arasında Stolüstü tennis turniri
Yeni bir turnirlə qarşınızdayıq! Tələbələr arasında sosial aktivliyi təmin etmək və sağlam həyata çağırış məqsədilə,QOLAT Sport Services-in təşkilatşılığı ilə tələbələr arasında...
II Bizon Student Cup
"II Bizon Student Cup" üçün qeydiyyatı başladı!
Ölkənin  sevilən enerji içkisi olan “Bizon Energy”nin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon Student Cup 2 Mini Futbol Turnirinə qeydiyyat...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Ölkənin ən peşakar idman oyunlarının təşkilində özünəməxsus yeri olan Qolat Sport Service layihələrinə qaldığı yerdən davam edir. Uşaqlar və gənclər arasında müxtılif növ idman...