QOLAT CUP Mini Futbol Turniri / 2022

QOLAT CUP Mini Futbol Turniri / 2022

QOLAT CUP Mini Futbol Turniri / 2022

Ölkənin ən peşakar idman oyunlarının təşkilində özünəməxsus yeri olan Qolat Sport Service layihələrinə qaldığı yerdən davam edir. Uşaqlar və gənclər arasında müxtılif növ idman yarışlarının inkişafına töhvələr verən, gənclər arasında futbolun təbliği və kütləviliyin artırılması üçün geniş layihələrlə çıxış edən Qolat Sport Service bu yay mövsümündə də yeni bir layihə ilə qarşınızdadır.

Gəlin, əvvəlcə QOLAT-ın buna qədər bir-birindən maraqlı, həyəcanlı və bol rəqabətli layihələrinə qısaca nəzər salaq:

  • Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, AFFA’nın tərəfdaşlığı ilə “Karabağ Azerbaycandır Koordine Etme Derneği” tərəfindən 16 dövlət qurumu və könüllüləri arasında keçirilən, sonda qalibin Dövlət Gömrük Komitəsinin komandası olan “Zəfər Turniri 2021” adlı mini futbol turniri:(link)
  •  Ölkənin ən böyük şirkətlərinin bir araya gəldiyi,Kapital Bank və Modern Hospitalın sponsorluğu ilə MARSOL-a üzv olan 32 şirkətin iştirakı ilə keçirilən,sonda Kapital Bank kollektivinin qalib gəldiyi “MARSOL  Mini Futbol Turniri 2021” ( link)
  • Bizon Energy-nin baş sponsorluğu ilə həyata keçirilən,müxtəlif Ali Təhsil Müəsisələrinin tələbələrinin qatıldığı, 32 komandanın iştirakı ilə keçirilən,sonda Corporation team” komandasının çempion olduğu “BİZON STUDENTS CUP” (link)
  • Həvəskarlardan ibarət komandaların iştirakı ilə dəfələrlə həyata keçirilən Dostluq Kuboku mini futbol turnirləri (link)
  • Müxtəlif sahələrdən olan iş adamlarının bir araya gəldiyi və gərginliyi ilə yadda qalan stolüstü tennis çempionatları ( link)

Qısa fasilədən sonra yeni bir həyacanla Qolat Sport Service olaraq sizlərə heyyətində həvəskar oyunçuların bir araya gələcəyi “QOLAT Cup 2022” mini futbol turnirini təqdim edir.

32 komandanın 8 qrupda yer alacağı “QOLAT Cup 2022” turnirində ən güclünün kim olacağını biz də səbirsizliklə gözləyirik. Həvəskarlardan ibarət komandaların iştirakı ilə keçirilməsi nəzərdə tutulan turnirdə heyyətlərinin təşkili ilə bağlı xüsusi tələblər mövcuddur.Belə ki, turnirin reqlamentinə əsasən karyeraları müxtəlif peşəkar turnirlərdə kəsişən oyunçuların iştirakı qəti şəkildə qadağandır. Peşəkar oyunçularla bağlı limitlər turnirin əsasnaməsində bütün komandalara göndəriləcəkdir.

Turnirin formatına gəldikdə isə hər qrupdan ilk iki yeri əldə edən komandalar növbəti 1/8 final mərhələsinə vəsiqəni əldə edəcəklər.Ardınca 4/1 final,yarım final və final oyunları ilə turnirə yekun vurulacaqdır.

Komanda heyyətlərinin təşkili zamanı isə iştirak ərizəsində ən az 8, ən çox isə 12 nəfər oyunçunun qeydiyyatı nəzərdə tutulub.

Bundan əlavə qoşulan komandalara öz seçimlərinə  görə dizayn edilmiş, iştirakçıların adlarına və seçdikləri forma nömrələrinə uyğun futbol dəstləri tərəfimizdən qarşılanacaqdır.

Turnirin mükafat fonduna gəldikdə isə, qaliblərimizi fərqli pul mükafatları gözləyir.

  • ilk yeri tutan və çempion olan komanda 3000 AZN dəyərində pul mükafatı, kubok və medallar
  • ikinci yeri tutan komandaya 2000 AZN dəyərində pul mükafatı, kubok və medallar
  • üçüncü yerə layiq görülən komandaya isə 1000 AZN dəyərində pul mükafatı, kubok və medallar ilə təltif olunacaqlar.

Bundan başqa turnirdə fərdi nominasiyalar üzrə fərqlənən oyunçulara da xüsusi hədiyyələr veriləcəkdir. Turnirin ən yaxşı oyunçusunun adına sonda komanda kapitanları arasında keçiriləcək sorğu ilə aydınlıq gələcəkdir.

Son qeydiyyat tarixi 17 İyulda yekunlaşması nəzərdə tutulan turnirə 31 İyulda start veriləcək.

Biz də öz növbəmizdə iştirak edəcək olan bütün komandalara uğurlar arzulayır və güclü olanın qazanacağını ümid edirik.

Qeydiyyat, qoşulma şərtləri və turnirin əsasnaməsilə tanışlıq və ya əlavə suallarla bağlı aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz. Bizi eyni zamanda Facebook və Instagram kimi social şəbəkələrdən izləyərək ən son məlumatlardan xəbərdar ola bilərsiniz.

Telefon: (+994)  55 891 98 98

Telefon: ( +994) 70 527 10 40

E-mail: [email protected]

 


Müəllif : Kənan Orucov

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Dünya Futbolu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu
Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib. Qeyd edək ki,  ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib....
BİZON STUDENT CUP
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
BIZON Student Cup'da - 2-ci Tur və Cəzalar!
Futbolu maraqlı edən tərəflərindən biri də bu oyundakı cəzalardır, çünki bu proses zamanı bir komandaya demotivasiya versədə, digər komandanı, yəni rəqib komandanı da motivasiya edir və ya...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Azərbaycanda bir çox uğurlu idman yarışlarını təşkil və idarə edən QOLAT Sport Service, bu dəfə “SPORTFEST” layihəsini sizlərə təqdim edir. Bu layihədə tərəfdaşımız Founder...