AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb.

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb.

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb.

AQTA-nın bölmələri arasında minifutbol turniri start götürüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bölmələri arasında minifutbol turniri start götürüb. Turnirin açılış mərasimində Agentlik sədrinin müavini Əziz Şərifov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev iştirakçılara uğurlar arzulayaraq turnirin əhəmiyyətini vurğulayıblar.

Daha sonra qrup mərhələsinin ilk turunun qarşılaşmaları baş tutub.

Qeyd edək ki, turnir 7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunub. Yarışın keçirilməsində məqsəd əməkdaşların sağlamlığını möhkəmləndirmək və idmanın faydalarını təbliğ etməkdir. AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan turnir işçilərin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır.


Müəllif : Nurlan Ağayev

Şərhlər (0)

Həmçinin oxu

II Bizon Student Cup
BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.
BİZON Student Cup 2-də Qrup mərhələlərinin oyunlarına start verildi.
BİZON Energy-nin sponsorluğu , QOLAT Sport Services-in təşkilatçılığı  ilə baş tutan  BİZON Student Cup II həyəcanına 1-ci turun oyunları ilə start verildi.  164 qolun...
II Bizon Student Cup
"II Bizon Student Cup" üçün qeydiyyatı başladı!
Ölkənin  sevilən enerji içkisi olan “Bizon Energy”nin təşkilatçılığı ilə yalnız tələbələr arasında keçirilən Bizon Student Cup 2 Mini Futbol Turnirinə qeydiyyat...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri
BIZON STUDENT CUP'da Açılış və Püşkatma Tədbiri
BIZON Student Cup'da qeydiyyat yekunlaşdı, beləliklə bütün komandalar qeydiyyatlarını yekunlaşdıraraq turnirdə iştiraklarını rəsmiləşdirdilər.  Bu gün 32 komandanın kapitanına rəsmi...
Digər idman növləri
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
QOLAT Sport Services-in təşkilatçılığı ilə Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri” keçiriləcək.  Turnirin əsas məqsədi Networking’dir,...