"MARSOL Mini Futbol turniri 2023" püşk atma mərasimi

"MARSOL Mini Futbol turniri 2023" püşk atma mərasimi

28 oktyabr tarixində QOLAT Sport Service’nin təşilatçılığı, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi-KOBİA, İşadamları Cəmiyyəyinin Milli Asossasiyası-İCMA, “MARSOL” MMC-nin tərəfdaşlığı və “ERZ Ofis Mebeli”nin baş sponsorluğu ilə təşkil olunan “MARSOL Mini Futbol 2023” turnirinin püşk atma mərasimi baş tutub.  

Tədbirdə açılış nitqi ilə çıxış edən KOBİA-nın İdarə Heyəti Sədrinin müavini Samir Hümbətov, Marsol Group-un təsisçisi və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev, ERZ Ofis Mebelleri şirkətinin direktor müavini Nihad Mahmudlu iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.  

Daha sonra çıxış üçün söz turnirin sponsoru olan “Ayfa Group”un təsisçi direktoru Vahid Hüseynova,  “Laser Serviсe”in təsisçisi Elvin Musayevə və "MODERN HOSPITAL"ın icraçı direktoru Ravil Tağıyevə verilib. Onlar da öz növbəsində şirkətlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib bütün iştirakçılara uğurlar arzulayıblar.  

Tədbirin davamında QOLAT Sport Services-in təsisçisi Səid Bağırov çıxış edərək bu ilki turnirdə olacaq yeniliklər, şərtlər və qaydalar haqqında ətraflı məlumat verib, püşk atma mərasimini başlatdı. 32 komanda püşk atma yolu ilə hər birində 4 komanda olmaqla 8 qrup müəyyən edildi. Hər bir oyunun maraqlı və çəkişməli olacağı çox aydın bəlli oldu artıq. Ən sonda isə komanda nümayəndələrinin iştirakı ilə əyləncəli yarış təşkil olundu. Tədbirin keçirildiyi yerin kiçik bir sahəsində iştirakçılar topu maneyələrdən keçirərək qapıya vurmağa çalışırdılar. Bu həm onlar üçün kiçik bir fraqment həm də günü əyləncəli edən bir yarış oldu. Eyni zamanda hər bir iştirakçıya yarış zamanı geyinəcəklərin formaların bir nümunəsi və mükafatlarının- kuboklarının kiçik bir sərgisidə oldu. Bunun bütün iştirakçıları motivasiya etməsi və həyəcanlandırması gözdən qaçınılmaz bir an idi.  

Onu da qeyd edək ki, turnir 5 noyabr tarixində start götürəcək. Turnirin qalibləri kubok, medal və digər mükafatlarla təltif olunacaq. Əlavə olaraq turnirin ən yaxşı oyunçusuna, ən çox qol vuran oyunçuya və ən yaxşı qapıçıyada mükafatlar təqdim olunacaq. 

İştirak edən hər kəsə uğurlar arzulayırıq! Güclü olan qalib gəlsin! 

 

Turnirin başlanması və gedişatı haqqında məlumatları əldə etmək üçün bizi izləməyə davam edin: 

https://www.instagram.com/qolatofficial 

https://www.facebook.com/qolatsportservices/ 

https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw 

Əlaqə nömrələri:  
055 527 10 40 (Zəng və WhatsApp)  
070 814 91 66 (Təcili zənglər)   


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
QOLAT Sport Services-in təşkilatçılığı ilə Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri” keçiriləcək.  Turnirin əsas məqsədi Networking’dir,...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Ölkənin ən peşakar idman oyunlarının təşkilində özünəməxsus yeri olan Qolat Sport Service layihələrinə qaldığı yerdən davam edir. Uşaqlar və gənclər arasında müxtılif növ idman...
Ölkə Futbolu
Futbol Konfransı Bakı
Futbol Konfransı Bakı
QOLAT Sport Service & Football Agency tərəfindən təşkil olunan “Football Conference Baku“  beynəlxalq futbol konfransı 29 May tarixində baş tutacaqdır. Azərbaycanda ilk dəfə təşkil olunacaq...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də II Tur
QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı.  Həyəcanlı və sürpriz nəticələrlə yadda...