BIZON Student Cup'da - Final həyacanı!

BIZON Student Cup'da - Final həyacanı!

BIZON Student Cup'da - Final həyacanı!

Keçdiyimiz həftənin bazar günü "Bizon Energy" nin baş sponsorluğu ilə təşkil etdiyimiz tələbələr arası mini futbol turniri olan "Bizon Student Cup" da yarımfinal matçları keçirildi. Gərgin keçən hər iki matçdan sonra turnirin əsas oynu olan final oynunda iştirak edəcək komandaların adları bəlli oldu.
Yarımfinalın ilk oyununda Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət olan BMU FK ilə çempionatda favorit sayılan komandalardan olan Politexnik FK komandaları üz üzə gəldi. Gərgin mübarizə şəraitində keçən matçda BMU FK komandası hesabda geri olmasına baxmayaraq geri dönüş edərək 4:3 hesabı ilə qələbə qazanmağı bacardı.
Yarımfinalın digər matçında isə çempionatda ən çox özündən söz etdirməyi bacaran, güclü heyyətə malik olan STOM FK komandası, bir neçə universitetin tələbələrindən təşkil olunmuş və inamlı komanda oyunu ilə fərqlənən Cooperation Team ilə qarşılaşdı. Bərabər mübarizə şəraitində keçən matçın sonunda vurduğu gözəl qollar ilə Cooperation Team komandası 8:5 hesabı ilə qalib gələrək finala adını yazdırmağı bacardı.

"Bizon Student Cup" ın qaliblərini müəyyən edəcək oyunlar isə isə dekabrın ayının 1-i keçiriləcəkdir. 
STOM FK - POLİTEXNİK FK  / saat 10:00 ( üçüncü yer uğrunda oyun)
BMU FK - COOPERATİON TEAM / saat 11:00 final oyunu baş tutacaq. Oyundan dərhal sonra isə təltifetmə mərasimi başlayacaqdır. 


Məkan: Azfar Group (Dərnəgül m/s yanı)
Oyunlar tribunalı stadionda keçirələcəyinə görə hər kəsi azarkeş olaraq stadiona oyunları izləməyə dəvət edirik. Oyunlar zamanı oyunçularla bərabər həmçinin azarkeşlərə də enerji və kiçik hədiyyələrimiz də Bizon Energy-dən olacaqdır.
Daha ətraflı: https://www.youtube.com/watch?v=WIaRJFiXTZ8


Müəllif : Murad Hümmət

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri”
QOLAT Sport Services-in təşkilatçılığı ilə Təhsil müəssisələri arasında “Masaüstü Tennis Turniri” keçiriləcək.  Turnirin əsas məqsədi Networking’dir,...
II Bizon Student Cup
BİZON Student Cup 2-də  qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.
BİZON Student Cup 2-də qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.
BİZON Student Cup 2-də qrup mərhələlərində 2-ci turun oyunları başa çatdı.Oyunlardan sonra qruplarda yaranan vəziyyətlə tanış olaq. A qrupu. A qrupunun ilk oyunu Black Diamond-İndustrial...
BİZON STUDENT CUP
"BIZON STUDENT CUP" da ilk tur
"QOLAT Sport Services" in təşkilatçılığı və  "Bizon Energy" in baş sponsorluğu ilə yalnız tələbələr arasında keçirilən "BIZON STUDENT CUP"a start...
Ölkə Futbolu
QOLAT + E-QOLAT
QOLAT + E-QOLAT
E-QOLAT.COM rəsmi qeydiyyatı olan onlayn ticarət mağazasıdır. Xüsusi ilə idman geyimləri üzərə ixtisaslaşan onlayn ticarət mağazası olmaqla yanaşı, digər geyim və ya idman alətlərinin onlayn...