BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019

BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019

BIZON STUDENT CUP - Tələbələr arasında ilk çempionat 2019

QOLAT Sport Service olaraq yalnız tələbələr arasında keçiriləcək mini futbol turnirimizi sizlərə təqdim etmək istəyirik. QOLAT tərəfindən həyata keçiriləcək növbəti möhtəşəm turnirin adı BİZON STUDENT CUP və baş sponsoru Bizon Energydir.


Azərbaycanın bir çox universitetlərini əhatə edəcək olan turnir yalnız tələbələrdən ibarət olan komandalardan təşkil olunacaqdır. Turnir zamanı isə bizim ən böyük güc və enerji mənbəyimiz isə Bizon Energy tərəfindən olacaqdır.
Turnir iştirakçılarını ölkənin ən çox sevilən enerji içkisi və baş sponsorumuz olan
Bizon Energy’dən bir-birindən dəyərli hədiyyələr və mükafatlar gözləyir. Ən əsası isə turnirin mükafat fondu 3000 AZN’dir.

Bizon Student Cup’da 1-ci yer tutan komanda 1500 azn , 2-ci yer tutan komanda 1000 azn və 3-cü yer tutan komanda 500 azn mükafat qazanacaqdır.

 BIZON STUDENT CUP’da yalnız 32 komanda iştirak edəcəkdir, mini futbol çempionatına qatılan hər bir komandanın heyyəti yalnız tələbələrdən ibarət olmalıdır, lakin fərqli universitetlərdə oxuyan tələbələr də eyni komanda da iştirak edə bilər.

Komandaların qeydiyyatı müəyyən şərtlər əsasında həyata keçiriləcəkdir, şərtlərlə tanış olmaq üçün aşağıda qeyd edilən linkdən keçid edə bilərsiniz. Digər əsas şərt isə bir komanda minimum 8, maksimum 10 oyunçuyla qeydiyyatdan keçməlidir. Qeydiyyat onlayndır , qeydiyyat linki xəbərin sonundadır. Turnirə giriş ödənişi cəmi 130 azn ödənişdir, bu isə komanda üçün futbol forması ödənişidir, lakin 8 oyunçu üçün nəzərdə tutulub formalar, 2 əlavə forma istəyən komanda isə bizimlə əlaqə saxlaya bilər. Onu da qeyd edək ki, turnir bitdikdən sonra formalar komanda da qalacaqdır, yəni öz formalarınızdır.


Turnirin açılış mərasi 13 Oktyabrda baş tutacaq, açılış mərasimi zamanı püşkatma mərhələsi keçirilərək komandaların qrupdakı rəqiblərinə aydınlıq gətiriləcəkdir. Açılış mərasimində tanınmış idmançılar və məşhur simalar, o cümlədən hədiyyəli müsabiqələr də yer alacaqdırlar. Turnirin açılış mərasimində komanda kapitanları mütləq iştirak etməlidirlər.

Bizon Student Cup oyunları həftənin bazar günləri səhər saatlarından başlayaraq günorta saatlarına qədər davam edəcəkdir, (oyunlar Azfar 9 mkr. Tərlan şd.) Oyunlar milli dərəcəli hakimlər tərəfində idarə ediləcəkdir. Turnir zamanı foto və video çəkilişlər, eləcədə oyundan sonra video müsahibə olacaqdır, bundan başqa oyunlar zamanı Bizon Energy tərəfindən Bizon energetik içkiləri və su veriləcəkdir.

Çempionatımızın digər maraqlı tərəflərindən biri isə müxtəlif platformalarda olan informasiya və görüntü materialları olacaqdır. Tur bitdikdən sonra isə saytımızın xəbər bölməsində turun icmalı haqqında xəbərimiz, həmçinin sosial media platformalarımızda maraqlı statistikalar, əyləncəli paylaşımlar və turun ən yaxşı oyunçusu və komandası nominasiyası üzrə qalib olanlar haqqında paylaşımlar olacaqdır.


Bəs sən ən güclülərdən ibarət olacaq möhtəşəm futbol turnirinə hazırsan?


O zaman sən də komandanı yarat və əsl futbol atmosferini bizimlə birlikdə hiss et.
Çünki, GÜC BİZDƏDİR!

 

Turnirin Əsasnaməsini oxumaq üçün link: 

https://qolat.com/news/read/951

Qeydiyyatdan keçmək üçün link:
https://www.qolat.com/account/create

Sosial media hesablarımızı izləməyini xahiş edirik:
https://www.facebook.com/qolatsportservices/
https://www.instagram.com/qolatofficial
https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw

Əlaqə nömrələri:
055 527 10 40 (Zəng və
WhatsApp)
070 814 91 66 (Təcili zənglər)


Qeydiyyatın son tarixi: 10.10.2019
Açılış mərasimi: 13.10.2019
Başlanma tarixi: 20.10.2019

 


Müəllif : qolat.com

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup mini futbol turniri tam sürətlə davam edir, ilk turu geridə qoyan iştirakçılar artıq 2-ci tura hazırlaşır.  Bu xəbərlə sizlərə ilk turda cəzalı duruma düşən...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də 1/8 mərhələsi
26 noyabr tarixində “MARSOL Mini Futbol Turniri 2023”-ün 1/8 mərhələsi baş tutdu. Qrupdan çıxmağa nail olan 16 komanda digər mərhələ keçmək üçün əzmkar mübarizə...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023"də II Tur
QOLAT Sport Sevrice -n təşkilatçılığı ilə keçirilən “MARSOL Mini Futbol Turniri 2023”ün ikinci həftəsi başa çatdı.  Həyəcanlı və sürpriz nəticələrlə yadda...
BİZON STUDENT CUP
BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)
BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)
  BIZON STUDENT CUP’ın Əsasnaməsi Giriş QOLAT Sport Service MMC şirkəti BIZON STUDENT CUP mini futbol turnirini təşkil edərək, tələbələr arasında futbolun təbliğini təmin etmək, turnirdə...