QOLAT CUP Mini Futbol Turniri / 2022

QOLAT CUP Mini Futbol Turniri / 2022

QOLAT CUP Mini Futbol Turniri / 2022

Azərbaycanda bir çox uğurlu idman yarışlarını təşkil və idarə edən QOLAT Sport Service, bu dəfə “SPORTFEST” layihəsini sizlərə təqdim edir.

Bu layihədə tərəfdaşımız Founder Club’dır, hər iki tərəfdaşın əsas məqsədi iştirakçılar arasında sosyal və ya idman aktivliyini təmin etmək, dostluq və biznes əlaqələrinin daha da inkişaf etdirilməsinə töhvə verməkdir.

Yayın son günlərini bol motivasiyalı, əyləncəli, faydalı və unudulmaz keçirmək istəyirsinizsə, o zaman 19-20-21 Avqust, 2022-ci il-də "bir cənub çimərliyində", Lənkəranda yerləşən Carnaval oteldə sizləri “ Business Sportfest” tədbirimizə dəvət edirik.

İştirakçılar üçün təmin ediləcək Xidmətlər :

  • Konfortlu nəqliyyat ilə səyahət, 
  • 2 gecə, 3 gün otel və qonaqlama,
  • Toplamda 6 dəfə yemək,
  • Çimərlik Futbolu turniri, ( 3x3 )
  • Çimərlik Voleybolu turniri, ( 6x6 )
  • Mükafatlandırma,
  • Dəniz və plyaj,
  • Hovuz,
  • Çay süfrəsi və kofe breklər,
  • Xanbulan gəzintisi,
  • B2B görüşlər,
  • MasterClass təlim,
  • Fotosessiya və video çəkilişlər,

Turnir haqqında :

12 komandanın iştirakı nəzərdə tutulur. Hər qrupda 6 komanda olmaqla , toplamda 2 qrup olacaqdır. Bir komanda qrupda toplamda 2 oyun keçirəcəkdir.  Hər qrupda ilk üç yeri tutan komanda növbəti mərhələyə keçərək, turnirin finalı üçün mübarizəni davam etdirəcəkdir.

“SPORTFEST” həvəskarlar arasında təşkil olunacaqdır. Çimərlik Futbolunda (liqasında) , son 4 sezon oynamış oyunçu iştirak edə bilməz.

Sezonlar : 2018-2019, 2019-2020, 2020-2021, 2021-2022

“SPORTFEST” də iştirak ödənişlidir, ödəniş bir nəfər üçün 199 AZN nəzərdə tutulub.

Turnirdə 12 komanda iştirak edəcək , hər komanda da minimum 3, maksimum 4 nəfər oyunçu iştirak edə biləcək. İlk 3 yeri tutan komanda qalib hesab ediləcəkdir, turnir 1 gün və yalnız şənbə günü səhər saatlarında baş tutacaqdır.  Turnirin öz reqlamenti və qaydaları mövcuddur, hər bir komanda bu reqlamentə əsasən qeydiyyata alınacaqdır.

Bundan başqa turnirin açılış və püşkatma mərasimi oteldə baş tutacaq , burada qruplar müəyənləşəcək, turnirin əsasnaməsi iştirakçılara izah olunacaqdır. Biznes Sportfestdə əsas iştirakçılar sahibkarlar və ya müəyyən sahələrdə çalışan insanlar üçün nəzərdə tutulub, belə bir tədbirdə əsas məqsədlərdən biri də biznes əlaqələrinin yaranmasına töhvə verməkdir.

Xüsusi qeyd : Avtobus 19 Avqust , saat 17:00-da Bakıdan yola düşür və 21 Avqust saat 16:00-da Lənkarandan Bakıya çıxacaqdır. 

Əlavə məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Ünvan: Cəfər Cabbarlı 44 , Caspian Plaza 2-ci korpus, 2-ci mərtəbə

Telefon: 0558919898 / 0555271040 ( Zəng və ya WhatsApp)

Facebook : https://www.facebook.com/qolatsportservices

Instagram : https://www.instagram.com/qolatofficial/

Youtube : https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw

 


Müəllif : QOLAT.COM

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
Millətlər Liqasının qalibi Portuqaliya oldu
UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub. Qolat.com-un məlumatına görə, Portuqaliyada təşkil olunan final mərhələsində son iki oyun keçirilib. Öncə...
Dünya Futbolu
Avropa Liqası finalında
Avropa Liqası finalında "Çelsi" darmadağınla qalib gəldi
UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub. Qolat.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub.  Azərbaycanın ən...
Dünya Futbolu
Ay-ulduzlulardan bərbad başlanğıc...
Ay-ulduzlulardan bərbad başlanğıc...
Dünyanın ən mötəbər futbol turnirlərindən Avropa Çempionatı bu gün etibarilə başladı. Turnirin ilk qarşılaşması İtaliya və Türkiyə milliləri arasında baş tutub ki, oyun qardaş...
Dünya Futbolu
"Liverpul"un hücumçusu Seneqalda məktəb tikdirib
İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Seneqalda doğulduğu kənddə məktəb tikintisinə 270 min avro ayırıb. Qolat.com-un məlumatına görə, təhsil ocağının inşası...