Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu

Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu

Azərbaycanda ilk dəfə - İş adamı FİFA lisenziyalı agent oldu

Sentyabrın 20-də FİFA ikinci dəfə agent lisenziyası almaq istəyən şəxslər üçün imtahan keçirib. Qeyd edək ki,  ölkəmizdən yalnız bir nəfər imtahandan keçə bilib. Söhbət “QOLAT Sport Service” şirkətinin həmtəsisçisi və direktoru Səid Bağırovdan gedir. O artıq lisenziyalı FİFA agentləri siyahısında yer alır.  

S.Bağırov bildirib ki, imtahan olduqca çətin keçib: "İmtahan prosesi həyəcanlıdır. Bu mənim ilk imtahanım idi və Türkiyədə, TFF tərəfindən təşkil olundu. Biz iyunda qeydiyyatdan keçərkən AFFA FİFA-nın imtahan siyahısında yox idi. Bu səbəbdən də Türkiyə variantını seçdim. Hazırda Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Əslində tək olmaq məsuliyyətimi bir qədər də artırır. Qəribə hissdi. Həqiqətən şişirtmirəm, imtahan formatı çox fərqlidir, imtahanı 3 dildə verə bilərsiniz, ingilis , fransiz və ispan dillərində, mən ingilis dilini seçmişdim. Təsəvvür edin ki, suallar daha çox analiz qabiliyyəti , hesablamalar, FİFA futbol və agent qaydaları haqqında idi. Ən çətini isə 1 sualın birdən çox cavabı olmasıdır və hamısını düzgün seçməlisiniz, birini düz digərini səhv seçsəniz cavab səhv olaraq qeydə alınır. Mən dünyanın başqa ölkələrindəki imtahanların nəticələrinə baxıram. Həqiqətən kəsilənlər çoxdur, ikinci imtahanda 10, 383 nəfər qeydiyyatdan keçib, lakin iki imtahan nəticəsində ( Aprel və Sentyabr) hal hazırda FİFA Platformasında 3841 FİFA lisenziyalı futbol agenti var və mən onlardan biriyəm. Mən universitetdə müəlliməm. Bəlkə də bunun üstünlüyü var idi. Hazırlaşdığım müddətdə çətinlik hiss etmədim. Azərbaycanda imtahan verərək lisenziya ala bilən tək şəxsəm. Həm özümlə həmdə ölkəmlə qürur duyuram". 

İdman idarəçiliyi ilə məşğul olan “QOLAT Sport Service” şirkəti haqqında məlumat verən iş adamı qeyd edib ki, "Şirkətimiz 2017-ci ildən fəaliyyət göstərir, idman xidmətləri göstərir. Ölkədə şirkətlər, dövlət qurumları, uşaqlar üçün yarışlar keçiririk. İdman idarəçiliyi bizim işimizdi. Rəsmi şəkildə agentlik fəaliyyətinə başlayırıq və artıq bir neçə oyunçu ilə ilkin görüşlərimiz olub.  Təkcə Azərbaycanla kifayətlənməyəcəyik. Çünki dil biliklərim və xarici futbol klubları ilə də əlaqələrim var. Düşünürəm ki, əcnəbilərlə də əməkdaşlıq etmək imkanımız olacaq. 


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri
MARSOL Mini Futbol Turniri
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turniri “ZƏFƏR” kubokunu təşkil edəcəyik. Turnirin təşkilatçısı...
BİZON STUDENT CUP
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup mini futbol turniri tam sürətlə davam edir, ilk turu geridə qoyan iştirakçılar artıq 2-ci tura hazırlaşır.  Bu xəbərlə sizlərə ilk turda cəzalı duruma düşən...
Digər idman növləri
"Voleybol Business Cup"-a qeydiyyat başlamışdır.
 QOLAT Sport Services-in təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyası və Azərreylin tərəfdaşlığı ilə Şirkətlər arasında baş tutacaq "Voleybol Business Cup" -a qeydiyyat...
BİZON STUDENT CUP
BIZON Student Cup'da - Final həyacanı!
BIZON Student Cup'da - Final həyacanı!
Keçdiyimiz həftənin bazar günü "Bizon Energy" nin baş sponsorluğu ilə təşkil etdiyimiz tələbələr arası mini futbol turniri olan "Bizon Student Cup" da yarımfinal...