QRUPLARDA SON "VƏZİYYƏT"?!

QRUPLARDA SON

QRUPLARDA SON "VƏZİYYƏT"?!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL Mini Futbol Turniri tam sürətlə davam edir.

Daha öncə də elan etdiyimiz kimi, turnirimizdə 8 qrupda toplamda 32 komanda yer alaraq play-off üçün qüvvələrini sınamaqdadırlar.

MARSOL Mini Futbol Turnirində,  26 Sentybar ilk tur və 3 Oktyabrda isə qrup mərhələsinin 2-ci turu baş tutdu. Hər iki turdan sonra qruplardakı ümumi vəziyyət bəllidir, lakin qrup mərhələsinin son turu bir çox komanda üçün həll edici olacaqdır.

Beləliklə , qruplara nəzər salsaq , A qrupundan başlamaq lazım olacaq, bu qrupda hal hazırda ADRA ( yəni Azərbaycan Dövlət Reklam Agentliyi ) liderdir, ilk oyunda Kavrolin.az komandası üzərində asanlıqla qələbə qazanan ADRA , ikinci turda SİRAB komandasına son dəqiqələrdə vurduğu qolla hesabına daha 3 xal yazdıraraq, 2 tur sonra qrupda toplamda 6 xalla zirvəyə yüksəldi. İkinci turda məğlub olmasına baxmayaraq , qrupun ikinci favorit komandası SİRAB kollektividir. İlk turda Kirpi Tekstili məğlub edən SİRAB əla olyunla yadda qalmışdı, hal hazırda 3 xalla ikinci olan komanda, 3-cü turda Kavrolin.az komandası ilə qarşılaşacaqdır. Təxmin edirik ki, SİRAB oyunun favorit komandasıdır , lakin eyni saatda Kirpi Tekstil - ADRA oyunu da baş tutacaq, əgər möcüzə baş verərsə və Kirpi Tekstil böyük hesabla ADRA-nı məğlub edərsə, qrupdan məhz bu iki komanda çıxacaqdır.

B qrupdunda əslində vəziyyət həm çətin, elə bir o qədər də qəlizdir. Bu qrupda MESA Group komandası inamla irəliləyir, komanda ilk turda BMY Caspianı , ikinci turda isə SABİROĞLU komandasını məğlub edərək, 6 xalı öz hesabına yazdıra bilib. Qrupun digər favorit komandası LASSA-dır, ilk turda texniki səhvə görə komanda udduğu oyunu əldən verdi və bunun nəticəsində həmin oyunun qalibi SABİROĞLU öz hesabına 3 xalı yazdı. İkinci turda bir az əsəbi olan LASSA , BMY Caspianı “boo-30-0-ooool” qollu hesabla udaraq, həm 3 xal aldı həm də 25 qol avarajını əldə etdi. İndi gələk məsələnin qəliz tərəfinə, deməli 3-cü turda eyni saatda, eyni məkanda MESA GROUP – LASSA və SABİROĞLU – BMY Caspian üz-üzə gələcəklər. Bu qrupdan kimin növbəti tura çıxacağını biz təxmin edə bilmirik, fikirlərinizi rəy bölməsinə yaza bilərsiniz.

C qrupunda da qrupdan növbəti tura çıxacaq komandaların taleyi son tura qaldı. İlk iki oyununda EFOR və SALONİ Mebel komandalarına qalib gələn KOBİA , hal hazırda 6 xalla qrup lideri kimi yoluna davam edir, son turda MODERN HOSPİTAL komandası ilə üz-üzə gələcəklər. Təxminimizə görə oyun çox maraqlı olmaldır, çünki MODERN HOSPİTAL son oyunda EFOR komandası üzərində inamlı qələbə qazanaraq qrupdan çıxmaq şanslarını artırdı.  Qrupun digər favorit komandası SALONİ MEBEL son turda EFOR komandası ilə üzüzə gələcək, qrupdan çıxmaq üçün son şansdır komanda üçün.

D qrupunun aşkar favorit komandası KAPİTAL Bankdır, 2 oyuna 6 xal, son turda AS STRETCH ilə qarşılaşacaq komanda qrupu lider olaraq tamamlamaq istəyindədir. Qrupun digər iki komandası AĞA Qrup & Bravo Technologies və KATSAN, hərəyə 3 xalla qrupda 2 və 3-cü yeri tutmaqla , növbəti tura çıxmaq üçün şanslarını son tura saxlayıblar. Bizim təxminlərimizə görə bu oyun turnirin ən prinsipial oyunu olmalıdır.

E qrupunun vahid lideri VƏLİOĞLU komandasıdır, bu komanda ilk turda PRESTİJ KİMYA , ikinci turda isə MARSOL UNİON komandasını məğlub edərək, hesabına 6 xal yazdırmağı bacardı. Son turda ZAFEROĞLU İNŞAAT ilə qarşılaşacaq olan komanda, hesabdan asılı olmayaraq növbəti tura çıxmağı artıq qarantiyaya alıb. Qrupun ikinci oyunu MARSOL UNİON və PRESTİJ KİMYA komandaları arasında baş tutacaq, olduqca maraqla gözlənilən oyunlardan biri olmasına baxmayaraq, favoritin kim olduğunu da təyin etmək çətindir. Hər iki komandanın 3 xalı var və qarşılaşmanın qalibi növbəti tura çıxacaqdır.

F qrupunda iki oyuna 6 xal toplayan ABV.AZ komandası qrupa başçılıq edir. Komanda ilk turda BİZNESMENLER Klubunu  , ikinci turda isə BHB komandasını məğlub edərək əzimkar oyun nümayiş etdirmişdi. Son turda FİNPLAST kollektivi ilə qarşılaşacaq olan komanda növbəti tura vəsiqəni artıq təmin edib, bu oyun FİNPLAST üçün daha vacibdir, çünki BHB MEDİA komandası BİZNESMENLER Klubuna qalib gəlmək istəyəcək, ki qrupdan çıxama şanslarını artırsınlar deyə.

G qrupunda ikidə iki edən MİBELLA MEBEL həm qrupda favoritdir, həm də turnirin iddialı komandalarından olduqlarını göstərirlər. Komanda hər iki turda böyük hesablı qələbə qazanaraq aktivinə 6 xalı yazdıraraq, son turda SG Logistics komandası ilə qarşılaşmasına baxmayaraq, komanda növbəti turun vəsiqəsini artıq özü üçün təmin etmişdir. Bu qrupda əsas oyun POLİSTAR və AZESTETİK komandaları arasında olacaq, çünki hər iki komandanın aktivində 3 xal var və son turda qalib gələcək olan komanda turu keçəcəkdir.

H qrupuna iki turdan sonra iki komanda başçılıq edir, PİMAPEN və SLAVYANKA. Hər iki komanda ilk iki oyunda qalib gələrək 6 xalla qrupda 1-ci və 2-ci yerdə qərarlaşıblar, son turda bu iki komanda qarşılaşacaq və qrupu lider tamamlamaq uğurunda gərgin mübarizə gedəcəyini təxmin edirik. Qrupun digər iki komandası, PRO CON İZO – SAHİBKARLAR KLUBU ilə qarşılaşacaq, hər iki komanda hələki aktivinə xal yazdıra bilməyib, son turda tilsimin qırılacağna inanırıq.

Onu da qeyd etməliyik ki, turnirimizin sponsoru MODERN HOSPİTAL kilinikasıdır, bütün oyun müddəti ərzində klinikanın ambulansı və həkim heyyəti oyunlarımızı müşayət edirlər. Bundan başqa turnirin su təminatı SLAVYANKA və SİRAB su şirkətləri tərəfindən təmin edilməkdədir.

Turnirin video və foto çəkilişləri və video müsahibələri , həmçinin oyun hesabları mütamadi olaraq , MARSOL və QOLAT şirkətlərinin sosial media hesablarında paylaşılmaqdadır.

Turniri izləmək üçün sosial media hesabları:

İnstagram : https://www.instagram.com/qolatofficial/

Facebook :

 https://www.facebook.com/mmft2021  və https://www.facebook.com/qolatsportservices

Bizə dəstək verib, etimad edən bütün şirkətlərə təşəkkür edirik.

QOLAT Sport Services olaraq, bütün komandalara uğurlar arzu edirik.

Güclü olan qalib gəlsin.


Müəllif : S.B

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri
MARSOL Mini Futbol Turniri
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turniri “ZƏFƏR” kubokunu təşkil edəcəyik. Turnirin təşkilatçısı...
Ölkə Futbolu
“MARSOL Mini Futbol Turniri 2021
“MARSOL Mini Futbol Turniri 2021
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol MMC-nin tərəfdaşlığı, QOLAT Sport Servicesin təşkilatçılığı ilə MARSOL üzv şirkətləri arasında...
Ölkə Futbolu
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
MARSOL Mini Futbol Turniri - BAŞLADI!
QOLAT Sport Services olaraq qaldığımız yerdən davam edirik.... Bu dəfə QOLAT Sport Service olaraq , MARSOL Mini Futbol Turnirini təşkil edəcəyik.  MARSOL - Marketing Solutions şirkətinin üzv...
Ölkə Futbolu
QOLAT CUP Mini Futbol Turniri / 2022
QOLAT CUP Mini Futbol Turniri / 2022
Ölkənin ən peşakar idman oyunlarının təşkilində özünəməxsus yeri olan Qolat Sport Service layihələrinə qaldığı yerdən davam edir. Uşaqlar və gənclər arasında müxtılif növ idman...