“Neftçi”dən yeni rekord

“Neftçi”dən  yeni rekord

“Neftçi”dən yeni rekord

Bakının “Neftçi” klubu tarixinin yeni rekordlarına imza atıb.

Qolat.com-un məlumatına görə, bu göstəricilər Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Arsenal”la Rusiyadakı qarşılaşmada rəsmiləşib.

1:0 hesabı ilə qalib gələn bakılılar kub tarixində ilk dəfə ardıcıl üç avrokubok matçında qələbə qazanıb. I təsnifat mərhələsində Moldovanın “Speranta” klubunu iki dəfə (3:0, 6:0) yenən “ağ-qaralar” qələbələrin sayını 3-ə çatdırıb. Bunadək “Neftçi” avrokuboklarda heç vaxt ardıcıl üç qələbə qazanmamışdı.

Bakılılar hər üç qələbəni quru hesabla qazanıb. Bu, klub tarixində daha bir rekorddur. “Neftçi” indiyədək heç vaxt ardıcıl üç avrokubok görüşündə qapısını toxunulmaz saxlamamışdı.

Bu iki göstərici yalnız klub tarixini əhatə edib, Azərbaycanın digər klublarının imza atdığı mütləq rekorddan geri qalır. Lakin “Neftçi” iki ölkə rekordunu da təkrarlayıb.

Paytaxt klubu ardıcıl 2 səfər qələbəsi qazanıb. Azərbaycan futbolu tarixində 5 dəfə belə hadisə yaşanmışdı. “İnter”lə (indiki “Keşlə”) “Qarabağ” hərəyə 2, “Neftçi” 1 dəfə iki oyunluq səfər seriyasına malik idi. Bakılılar əvvəl də imza atdığı bu göstəricini təkrarlayıb.

Bakı təmsilçisi tarixində ilk dəfə ardıcıl iki səfər matçında qapısını toxunulmaz saxlayıb. Bununla da “Qarabağ”ın iki, “İnter”lə “Karvan”ın bir dəfə imza atdığı rekord 5-ci dəfə qeydə alınıb.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Atletiko” “Barselona”nın çempionluğunu təxirə saldı
“Atletiko” “Barselona”nın çempionluğunu təxirə saldı
İspaniya La Liqasında XXXIV tur davam edir. Qolat.com-un məlumatına görə, turun ikinci günündə 4 qarşılaşma keçirilib. Günün mərkəzi oyunu Madriddə baş tutub....
Dünya Futbolu
“Mançester Siti” və “Lester”dən rekord
“Mançester Siti” və “Lester”dən rekord
İngiltərə Premyer Liqasının XXXVII turunun “Mançester Siti” – “Lester” oyununda hər iki komanda rekorda imza atıb. Qolat.com-un məlumatına görə, meydan sahibləri 1:0...
BİZON STUDENT CUP
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup - CƏZALAR!!!
BIZON Student Cup mini futbol turniri tam sürətlə davam edir, ilk turu geridə qoyan iştirakçılar artıq 2-ci tura hazırlaşır.  Bu xəbərlə sizlərə ilk turda cəzalı duruma düşən...
Ölkə Futbolu
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qolat.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin...