"Arsenal" Mxitaryanı Bakıya gətirməyəcək

"Arsenal" Mxitaryanı Bakıya gətirməyəcək

İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

Qolat.com-un məlumatına görə, "topçular" mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu "təhlükəsizlik" səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
“Qarabağ” üç futbolçu ilə yollarını ayırdı
“Qarabağ” üç futbolçu ilə yollarını ayırdı
Azərbaycan çempionu “Qarabağ” üç futbolçu ilə yollarını ayırıb. Qolat.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 2018/19...
Dünya Futbolu
Mövsümün ən yaxşısı Burak Yılmaz seçildi
Mövsümün ən yaxşısı Burak Yılmaz seçildi
"Lille" klubunda mövsümün ən yaxşı futbolçusu Burak Yılmaz seçildi! Ligue-1-də mövsümü çempion kimi tamamlayan "Lille" klubu azarkeşlərin...
Digər idman növləri
Şumaxer 6 ildən sonra komadan ayıldı
Şumaxer 6 ildən sonra komadan ayıldı
“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer özünə gəlib. Qolat.com-un məlumatına görə, 2013-cü il dekabrın 29-da bədbəxt hadisə ilə üzləşdikdən...
Dünya Futbolu
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd - Siyahı
Çempionlar Liqasında turun futbolçusu adına 4 namizəd - Siyahı
Çempionlar Liqasında qrup mərhələsinin ilk turun ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Qolat.com-un məlumatına görə, baş tutan 16 qarşılaşmadan sonra UEFA...