"MARSOL Mini Futbol Turniri 2023"ün ilk mərhələsi

"MARSOL Mini Futbol Turniri 2023"ün ilk mərhələsi

“MARSOL Mini Futbol Turniri 2023” 5 noyabr  tarixində start götürdü. Turnirin ilk turundan  maraqlı, həyəcanlı və çəkişməli mübarizələrə şahid olduq. Turnirin açılış oyunu “FinPlast” ilə “166 Yükdaşıma və Logistika” komandaları arasında oldu. Oyun gərgin mübarizə şəraitində keçdi. FinPlast son dəqiqələrə 2-1 geridə başlamasına baxmayaraq , sonda  bərabərlik qolu taparaq, sülhə nail oldu. Qrupun digər oyununda  turnirə yeni qoşulan “Love Lokum” komandası  “Modern Hospital”a  3-1 hesabı ilə məğlub oldu.  B qrupunun və ilk həftənin bol qollu matçı “Kovrolin.az” ilə “TayqaTech” komandaları arasında baş tutdu. TayqaTech ilk hissəni 7-3 öndə bitirməsinə rəğmən ,Kovrolin.az sona qədər mübarizəni davam etdirdi və geridən gələrək 10-8 hesabı ilə əzmkar qələbə qazandı.  Qrupun digər oyununda “Sirab”, turnirə yeni qatılan digər bir komanda olan “BSF” MMC-ni 7-1 hesabı ilə məğlub etdi. C  və D qruplarındakı oyunlarda gərgin mübarizə şəraitindı keçdi. Turnirin son 2 il çempionu olmuş və bu ildə favorit hesab edilən “Kapital Bank” komandası, rəqibin sıx müdafiəsi və güclü qapıçı amilinə baxmayaraq 11-0 hesabı ilə qələbə qazandı.  C və D qruplarının digər oyunlarında “AzEstetik” “Biznesmenləri” 3-1, “Şam-Fi” “Medical Medianı” 9-2 hesabı ilə məğlub etdi. “MARSOL Region” və “Slavyanka” komandaları arasında baş tutan oyunda qapılara ümumilikdə 12 qol vurulmasına baxmayaraq qalib müəyyənləşmədi. Turun mərkəzi oyunu son finalist “ArchiCO” komandası ilə turnirin favoritləri sırasında olan “KOBİA” komandası arasında baş tutdu. ArchiCO gözəl oyun sərgiləməsinə baxmayaraq KOBİA rəqibini 4-1 hesabı ilə məğlub etdi.  Saat 12:00 da başlayan oyunlarda “İş adamları” “CEO”lar komandasını, “Mega Həyat” “Şərq Motorsu”, “CasPos” Komandası da “Bakı Masura” komandasını böyük hesabla məğlub etdi.  Turnirin digər bir favorit komandası “PimaPen”, bu il debüt edən “Ascend Group” komandasının  qapısında 13 cavabsız gol keçirdi. Eyni saatda baş tutan digər oyunlarda “Sahibkarlar” “Azdizayn” komandasını, “Evsetra” isə “Mobil Group+Formag” komandasını meydandan əliboş yola saldı. İlk turun son oyunu “İlğım Fk” ilə “ERZ Ofis Mebel” arasında baş tutdu. Maraqlı keçən oyunda “ERZ Ofis Mebel” sona qədər üstünlüyünü qoruyub saxlaya bilmədi və İlğım FK son dəqiqə qolu ilə meydandan 1 xalla ayrılmağa nail oldu.  12 Noyabr tarixində turnirin ikinci həftəsi baş tutacaq. Turnirlərlə bağlı bütün məlumatları əldə etmək üçün, bizi sosial şəbəkələrdən izləməyi unutmayın. 

https://www.instagram.com/qolatofficial 

https://www.facebook.com/qolatsportservices/ 

https://www.youtube.com/channel/UC96omACQ3yKQ8gf3J03r7Cw 

Əlaqə nömrələri:   
055 527 10 40 (Zəng və WhatsApp)   
070 814 91 66 (Təcili zənglər)     


Müəllif : Səbinə Məcidova

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
BİZON Student Cup 2-nin  Püşkatma mərasimi baş tutacaq.
BİZON Student Cup 2-nin Püşkatma mərasimi baş tutacaq.
BİZON Energy-nin sponsorluğu, QOLAT Sport Services-in təşkilatçılığı ilə keçirələcək BİZON Student Cup 2-nin Püşkatma mərasimi fevralın 10-da baş tutacaq. BİZON Energy-nin...
Ölkə Futbolu
"MARSOL Mini Futbol Turniri 2023" qrup mərhələsinin son turu
19 noyabr tarixində “MARSOL Mini Futbol Turniri 2023” qrup mərhələsinin son turu keçirildi. Bu turun sonunda 16 komanda 1/8 mərhələsinə keçid etdi. Turun nəticələri aşağıdakı...
BİZON STUDENT CUP
BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)
BIZON Student Cup - QAYDALAR !!! ( ƏSASNAMƏ)
  BIZON STUDENT CUP’ın Əsasnaməsi Giriş QOLAT Sport Service MMC şirkəti BIZON STUDENT CUP mini futbol turnirini təşkil edərək, tələbələr arasında futbolun təbliğini təmin etmək, turnirdə...
II Bizon Student Cup
BİZON Student Cup 2-də  qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.
BİZON Student Cup 2-də qrup mərhələlərinin 2-ci turu yekunlaşdı.
BİZON Student Cup 2-də qrup mərhələlərində 2-ci turun oyunları başa çatdı.Oyunlardan sonra qruplarda yaranan vəziyyətlə tanış olaq. A qrupu. A qrupunun ilk oyunu Black Diamond-İndustrial...