AÇ-də bu gün necə keçdi?

AÇ-də bu gün necə keçdi?

AÇ-də bu gün necə keçdi?

Avropa Çempionatında bu günü də 3 qarşılaşma ilə tamamladıq. Əvvəlcə, D qrupunun oyununda İngiltərə - Xorvatiya oyununa şahidlik etdik. Turnirin əsas favoritlərindən İngiltərə millisi, son Dünya Çempionatının finalçısı Xorvatiya millisini Raheem Sterlingin vurduğu yeganə qolla 1-0 hesabı ilə məğlub etdi. 

Daha sonra C qrupunun oyunları baş tutdu. Avstriya millisi favorit çıxdığı qarşılaşmada Şimali Makedoniyanın müqavimətinə məruz qalsa da, son 15 dəqiqədə vurduğu qollarla 3-1 hesablı qələbəyə nail oldu. Avstriyanın qollarını Stefan Lainer, Gregoritsch və Arnautovic rəqib qapısından keçirtdilər, Şimali Makedoniyanın qoluna isə qocaman forvard Goran Pandev imza atdı.

C qrupunun ikinci, günün isə son qarşılaşmasında Hollandiya millisi Ukrayna millisi üzərində 3-2 hesablı əzmkar qələbə qazandı. "Narıncılar" Wijnaldum və Weghorstun qolları ilə 2-0 önə keçsə də, ukraynalılar Yarmolenko və Yaremchukun qolları ilə bərabərliyə nail oldular, lakin qələbə əzmini son dəqiqəyə qədər qoruyub saxlayan hollandlar, Dumfrieslə qələbə topunu vurdular. Yekun nəticə 3-2!
 


Müəllif : Farid Rasul

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Aleksandr Səmədov Avropa Liqasının Bakı finalının səfiri olacaq
Aleksandr Səmədov Avropa Liqasının Bakı finalının səfiri olacaq
UEFA Avropa Liqasının bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununun daha bir səfiri müəyyənləşib. Qolat.com-un məlumatına görə, Rusiyanın paytaxtı Moskvanın...
Dünya Futbolu
UEFA Mxitaryanın Azərbaycana viza almasına yardım edə bilər
UEFA Mxitaryanın Azərbaycana viza almasına yardım edə bilər
İngiltərənin “Arsenal” futbol klubu Avropa Liqasının mayın 29-da keçiriləcək finalına vəsiqə qazansa, UEFA klubun yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana viza almasına...
Dünya Futbolu
Türk əsilli futbolçu rəsmən
Türk əsilli futbolçu rəsmən "Barcelona"da!
Türk əsilli avstriyalı futbolçu Yusuf Demir bu gün "Barcelona" ilə rəsmi müqavilə imzalayıb. 18 yaşlı futbolçu "Rapid Vienna" klubunun yetirməsidir. Potensiallı...
Dünya Futbolu
“Beşiktaş”dan ağır məğlubiyyət
“Beşiktaş”dan ağır məğlubiyyət
Türkiyə Super Liqasında ilk tur davam edir. Qolat.com-un məlumatına görə, ikinci oyun günündə üç qarşılaşma keçirilib. İddialılardan “Beşiktaş”...