AC Milan FC Legends

AC Milan FC Legends

Dünya futbol tarixində iz qoymuş nəhəng klublar var. Dilindən, dinindən, irqindən asılı olmayaraq hamının sevdiyi, saydığı və adına, tarixinə hörmət etdiyi klublar. Bu klubların həm ölkə daxili oyunlarda, həm də beynəlxalq turnirlərdə hər çıxışı milyonlarla insanı stadiona, ekran qarşısına cəlb edir. Bu futbolsuz keçən günlərdə dünya futbol tarixində böyük və şanlı tarixə malik nəhəng klubların ən yaxşı 11-ni qurmağa çalışacağıq. Bu yazı silsilə xarakterli olacaq. Amma onu da qeyd edək ki, burada yazılan heyət subyektiv xarakter daşıyır. Unutmayaq ki, yaxşıların içindən seçim etmək hər zaman çətindir. Həmin klubların sadiq azarkeşləri ilə fikirlərimiz üst-üstə düşməyə bilər. Başlayaq dünyanın ən məşhur klublarından biri olan Milan klubu ilə. Ən yaxşı 11-i yazmamışdan əvvəl sizi məlumat üçün bu əzəmətli klubun tarixinə qiyabi səyahətə dəvət edirik.

Qara-qırmızıların rəsmi yaranma tarixi 16 dekabr 1899-cu ilə təsadüf edir. İki ingilis Herbert Kiplin və Alfred Edvards klubun yaradıcıları hesab olunur. Yerin gəlmişkən Herbert Kiplin klubun ilk baş məşqçisi olmuşdur və Rossonyerilərin bugün də istifadə etdiyi qırmızı-qara rəngli geyimin yaradıcısıdır. Alfred Edvards isə klubun tarixində ilk prezident olmuşdur. Klub « Milan futbol və kriket klubu» adı ilə yaradılmışdır. 120 illik zəngin keçmişə malik olan klubun nailiyyətləri həddindən artıq çoxdur. Amma statistika sevərlər üçün onu qeyd edək ki, İnter və Yuventusla birlikdə İtaliyanın ən titullu 3 klubundan bir olan Milan 7 dəfə Avropanın klublar miqyasında ən böyük kubokunu qazanmışdır. Müqayisə üçün deyək ki, bu göstərici İnterdə 3, Yuventusda 2-yə bərabərdir. Milan 1963-cü ildə Avropa Çempionlar Kubokunu qazanmış ilk İtalyan klubudur. 18 dəfə ölkə çempionu olmuş qırmızı-qaralar 5 dəfə ölkə kubokunu, 7 dəfə İtaliya super kubokunu, 5 dəfə UEFA super kubokunu, və 3 dəfə də Qitələrarası kuboku qazanmışdır. Ümumi aktivində 48 kubok olan Rossonyerilər hal-hazırda mövcud olmayan UEFA kuboklar kubokunu 3 dəfə qazanmışdır.

Milan klubu ev oyunlarını San Siro ( Guiseppe Meazza) stadionunda keçirir. Stadion klubun üçüncü prezidenti Pyero Pirellinin dövründə istifadəyə verilmişdir. İtaliyada ən böyük stadion olan San Siro 80 mindən çox azarkeş tutumuna malikdir. Son illər yaxşı günlər keçirməyən klubun son titulu 2016-cı il ölkə kuboku olmuşdur. İtalyan futbolunda ilk azarkeş qruplarından olan “Fossa dei Leoni” Milan şəhərində yaranmışdır. Hal-hazırda klubun əsas ultra azarkeş qrupu “Brigate Rossonere”dir. Son statistik məlumatlara görə bütün dünyada 19 milyon azarkeşi olan klub dünyada ən çox azarkeşi olan İtaliya klubudur.

İtaliyanın digər böyük klubları ilə qarşılaşmalar Milan azarkeşləri üçün hər zaman diqqət mərkəzində olur. Amma Milan şəhərinin digər komandası olan İnterlə oyunlar hər zaman böyük prinsipiallığı ilə seçilir. Milan derbisi - Derby della Madonnnina dünya futbol tarixinin ən mühüm qarşılaşmalarından biridir. Hər iki klubun İtaliyada 18 çempionluğu var. Aralarında keçirilən 225 oyundan Milanın 76, İnterin 82 qələbəsi var. Derbidə 67 oyun heç-heçə başa çatıb. Futbol tarixində hər iki klubun formasını geyinən bəzi məşhur futbolçular var. Onlardan bəziləri Andrea Pirlo, Roberto Baggio, Guiseppe Meazza, Taribo West, Klarence Seedorf, Cristian Vieri, Cristian Panucci, Edgar Davids, Leonardo Bonucci, Tomas Helveq, Patrick Viera, Mario Balotelli, Fulvio Kollovati, Hernan Krespo, Ronaldo Nazario, Zlatan İbrahimovic-dir.

Milan tarixində əfsanəvi baş məşqçilərinin siyahısında Bela Quttmann, Guiseppe Viani, Nereo Rokko, Çezare Maldini, Covanni Trapattoni, Fabio Kapello, Arriqo Sakki, Karlo Ançelotti, Massimliano Alleqri və başqalarını qey edə bilərik.

Milan klubunun tarixində ən çox oyun keçirmiş futbolçu Paolo Maldinidir. Klubda 25 il çıxış edən Paolo bu dövr ərzində 902 dəfə Milan forması geyinmişdir. Daha sonra Franko Barezi (719 oyun), Alessandro Kostakurta (663 oyun), Canni Rivera (658 oyun) və Mauro Tasotti (583 oyun) siyahının ilk beşliyində qərarlaşıb. Klub tarixinin ən çox qol vuran futbolçusu İsveçli Qunnar Nordaldır. 262 dəfə meydana çıxan Nordal rəqib qapılarına 213 dəfə yol tapa bilib. Nordal həmdə bütün Seria A tarixinin Silvio Piola və Françesko Totti ilə birlikdə ən çox qol 3 futbolçusundan biridir. Milan tarixində ən çox qol vuran oyunçular siyahısında Andrey Şevçenko ( 175 qol), Canni Rivera (164 qol), Joze Altafini (161 qol) və Aldo Boffi (131 qol) ilk beşlikdə özünə yer tutublar. Klub üçün 100-dən çox qol vuranların siyahısında əfsanəvi Marko Van Basten, Filippo İnzagi və Kaka Leyte də yer almışlar.

Rossonyerilərin əfsanəvi oyunçuları siyahısını tərib etmək olduqca çətindir. Amma ayrı-ayrı mövqelər üzrə ən yaxşıların siyahısı belə ola bilər:

Qapıçılar : Sebastiano Rossi, Kristian Abiatti, Yens Lemann, Dida, Canluici Donnarumma

Müdafiəçilər: Paolo Maldini, Alessandro Kostakurta, Franko Barezi, Mauro Tasotti, Alessandro Nesta, Kaxa Kaladze, Fulvio Kollovati, Kafu, Tyaqo Silva, Cüzeppe Favalli

Yarımmüdafiəçilər: Canni Rivera, Massimliano Ambrosini, Cennaro Qattuzo, Klarence Seedorf, Demetrio Albertini, Andrea Pirlo, Roberto Donadoni, Covanni Trapattoni, Kaka, Zvonomir Boban, Frank Raykard, Rui Kosta, Xuan Alberto Skyaffino, Dejan Saviçeviç, Leonardo, Ronaldinyo və s.

Hücumçular: Qunnar Nordal, Andrey Şevçenko, Xose Altafini, Filippo İnzagi, Marko Van Basten, Daniele Massaro, Aleksandro Pato, Corc Vea, Zlatan İbrahimoviç, Marko Simeone, Yon Dal Tomasson, Mario Balotelli

Yazının sonunda Milan klubunun ən yaxşı 11-liyini yığmağa çalışdıq. Unutmayın ki, bu subyektiv yanaşmadır. Kumirinizi o 11-likdə görməyə bilərsiniz. Çünki, böyük oyunçular arasından cəmi 11 nəfər seçmək çox müşkül məsələdir.

Müəllif: Neman Hacıyev 

Bu kimi maraqlı yazıları Curva facebook səhifəsindən izləyə bilərsiniz. Link


Müəllif : CURVA

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON Student Cup'da - Final həyacanı!
BIZON Student Cup'da - Final həyacanı!
Keçdiyimiz həftənin bazar günü "Bizon Energy" nin baş sponsorluğu ilə təşkil etdiyimiz tələbələr arası mini futbol turniri olan "Bizon Student Cup" da yarımfinal...
Dünya Futbolu
Avropa Liqasında həftənin oyunçusu adına kimlər namizəddir? - Siyahı
Avropa Liqasında həftənin oyunçusu adına kimlər namizəddir? - Siyahı
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. Qolat.com-un məlumatına görə, yarımfinal mərhələsinin ilk oyunlarında fərqlənən dörd futbolçu...
Ölkə Futbolu
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qolat.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin...
Dünya Futbolu
"Bavariya" və "Keşlə"dən darmadağın, "Barselona", "Çelsi", "Mançester Yunayted", "Zirə" xal itirdi - İcmal
Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib. Qolat.com-un məlumatına görə, turun ilk oyun günündə iki matç baş tutub. Çempionata uğursuz başlayan...