“Qarabağ”dan böyükhesablı məğlubiyyət

“Qarabağ”dan böyükhesablı məğlubiyyət

“Qarabağ”dan böyükhesablı məğlubiyyət

Avropa Liqasında qrup mərhələsi start götürüb.

Qolat.com-un məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da ilk matçına çıxıb.

A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. Azərbaycan çempionu La Liqanın liderini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Sevilya” əsas heyətlə oynamasa da, meydanda dominantlıq edib. Müdafiədə inamlı mübarizə aparan “Qarabağ”ın azsaylı hücumları da yaddaqalan olub.

İspaniya klubunun üstünlüyü yalnız ikinci hissədə hesabın açılması ilə nəticələnib. Cərimə zərbəsini ustalıqla yerinə yetirən Xavyer Ernandes hesabı açıb. 

Hissənin sonlarında “Sevilya” fərqi iki topa çatdırıb. Bu dəfə Munir Asmir Beqoviçi məyus edib. Ardınca isə Oliver Torres də fərqlənmək imkanı tapıb. Beləliklə, “Qarabağ” qrup mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb – 0:3.

Qeyd edək ki, A qrupunun digər matçı Kiprdə baş tutub. APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a 3:4 hesabı ilə uduzub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində
Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qolat.com-un məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrupa vəsiqəni pley-off mərhələsinin...
Dünya Futbolu
"Arsenal" Mxitaryanı Bakıya gətirməyəcək
İngiltərənin "Arsenal" klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda "Çelsi"yə qarşı keçiriləcək final matçında iştirak...
Ölkə Futbolu
Mahir Emrelinin yolu Varşavayadır!
Mahir Emrelinin yolu Varşavayadır!
Azərbaycan millsinin əsas simalarından Mahir Emreli karyerasını Varşavada, "Legiya" klubunda davam etdirəcək. "Qarabağ"la 5 qat Azərbaycan çempionluğu yaşayan futbolçu, hazırda...
Dünya Futbolu
Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək
Sabah Çempionlar Liqasında cavab oyunlarına start veriləcək. Qolat.com-un məlumatına görə, yarımfinalçıların müəyyənləşdiyi ilk oyun günündə iki matç...