Çempionlar Liqasının qalibi məğlub oldu, "Barselona" qələbə qazana bilmədi

Çempionlar Liqasının qalibi məğlub oldu,

Çempionlar Liqasının qalibi məğlub oldu, "Barselona" qələbə qazana bilmədi

Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Qolat.com-un məlumatına görə, I tur çərçivəsinə 8 qarşılaşma keçirilib.

E, F, G və H qruplarında mübarizə aparan komandalar əsas mərhələyə başlayıblar. Öncə “İnter” – “Slaviya” və “Lion” – “Zenit” görüşləri baş tutub. Hər iki oyunda qonaqlar hesabı açsalar da, sonda 1:1 hesabı qeydə alınıb.

Günün ən məhsuldar oyunu Avstriyada baş tutub. Erlinq Braut Haalandın ilk 45 dəqiqəyə poker etdiyi görüşdə “Zalsburq” “Genk”i darmadağın edib.

“Ayaks” da qrup mərhələsinə böyükhesablı qələbə ilə başlayıb. Hollandiyalılar “Lill”i üstələyiblər.

Doğma azarkeşləri önünə çıxan “Çelsi” “Valensiya” ilə görüşdə məğlubiyyət acısı yaşayıb. “Benfika” isə “Leypsiq”lə qarşılaşmadan xalsız ayrılıb.

Böyük maraq kəsb edən matç Dortmundda baş tutub. “Borussiya” “Barselona” ilə oyunda qolsuz heç-heçəyə imza atıb.

“Napoli”nin “Liverpul”la görüşü də diqqət mərkəzində olub. Bu matçın taleyi ikinci yarıda qol həll olunub. İtaliya klubu evdə Çempionlar Liqasının son qalibini məğlubiyyətə uğradıb.

Qeyd edək ki, tura sentyabrın 18-də A, B, C və D qruplarında keçiriləcək 8 qarşılaşma ilə yekun vurulacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Alman maşını xodlandı.
Alman maşını xodlandı.
Avropa Çempionatında ilk qarşılaşmada Fransaya məğlub olan Almaniya millisi 0-1 hesabı ilə geri düşdüyü qarşılaşmada Portuqaliya millisini 4-2 hesabı ilə məğlub etməyi bacardı....
Dünya Futbolu
İspaniya millisindən darmadağın!
İspaniya millisindən darmadağın!
İlk iki oyunda, əvvəlcə, İsveçlə, daha sonra isə Polşa ilə heç-heçəyə razılaşan İspaniya millisi qrupun son qarşılaşmasında Slovakiya millisi üzərində 5-0 hesablı qələbə...
Ölkə Futbolu
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
“Qarabağ”dan böyükhesablı məğlubiyyət
Avropa Liqasında qrup mərhələsi start götürüb. Qolat.com-un məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da ilk matçına...
BİZON STUDENT CUP
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON STUDENT CUP - ən çox verilən suallara cavab!
BIZON Energy'nin baş sponsorluğuya, QOLAT Sport Services'in təşkil etdiyi tələbələr arası mini futbol turnirinə qeydiyyat davam edir, qeydiyyat zamanı ən çox verilən suallar və onların...