Zidan “Real Madrid”dən gedir?

Zidan “Real Madrid”dən gedir?

Zidan “Real Madrid”dən gedir?

İspaniyanın “Real Madrid” komandasının baş məşqçisi Zinəddin Zidan postunu tərk edə bilər.

Qolat.com-un məlumatına görə, Madrid klubunun rəhbərliyi İngiltərə təmsilçisi “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı transfer etmək istəmədiyi üçün 47 yaşlı mütəxəssisin belə bir addım atması mümkündür.

Bildirilir ki, “Real Madrid”in prezidenti Lorentino Peresin Fransa yığmasının yarımmüdafiəçisini almaq istəməməsindən sonra onunla Zidanın münasibəti pozulub.

Qeyd edək ki, Zidan 2016 – 2018-ci illərdə “Real Madrid”in baş məşqçisi kimi ardıcıl 3 dəfə Çempionlar Liqasının, 2 dəfə klublararası dünya çempionatının, UEFA Superkubokunun, La Liqa və İspaniya Superkubokunun qalibi olandan sonra öz istəyi ilə klubdan ayrılıb. O, bu ilin mayında yenidən baş məşqçi təyin olunub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Çempionlar Liqası: “Qarabağ” APOEL-ə qalib gəldi
Çempionlar Liqası: “Qarabağ” APOEL-ə qalib gəldi
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. Qolat.com-un məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu Kiprin APOEL klubunun...
Dünya Futbolu
Avropa liqalarında son vəziyyət - İcmal
Avropa liqalarında son vəziyyət - İcmal
Almaniya Bundesliqasında XXIX  turun ilk oyunu keçirilib. Turun açılış matçı Nürnberqdə baş tutub. Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Nürnberq”...
Dünya Futbolu
Messidən
Messidən "Barselona" açıqlaması
Argentina milli komandasının futbolçusu Lionel Messi İspaniyanın "Barselona" klubundan getmək istəmir.  L.Messi "Sport" nəşrinə müsahibəsində "Barselona" - mənim...
Dünya Futbolu
İstanbul derbisində heç-heçə,
İstanbul derbisində heç-heçə, "Liverpul" "Çelsi"ni uddu, "Bavariya"dan darmadağın - İcmal
İspaniya La Liqasında XXXII tur davam edir. Qolat.com-un məlumatına görə, turun daha beş qarşılaşması keçirilib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan...