“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”

“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”

“Qəbələ” rəsmisi: “Akademiyanın yetirmələri ilə bağlı hazırkı durum məni qətiyyən qane etmir”

“İstəyirik ki, əsas komandanın start heyətindəki 11 nəfərin hamısı öz yetirməmiz olsun”.

Qolat.com-un məlumatına görə, bunu “Report”a “Qəbələ” Futbol Akadamiyasının direktor müavini Nail Kərimov əsas komandanın UEFA Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Dinamo” kollektivinə uduzduğu oyunları şərh edərkən deyib.

“Qırmızı-qaralar” evdə 2, səfərdə isə 3 cavabsız qolla məğlub olduğu halda, Qəbələdəki ilk oyunda Akademiyanın yetirmələrindən Amin Seydiyev, Ülvi İskəndərov, Qismət Alıyev və Yusif Nəbiyev “11-lik”də yer alıb, Rövlan Muradov isə meydana sonradan çıxıb. Tbilisidəki cavab qarşılaşmasında Seydiyevlə Alıyev yenə əsas heyətdə yer aldıqları halda, İskəndərov, Sadiq Quliyev və Roman Hüseynov oyuna əvəzetmədən qoşulublar.

Beləliklə, “Dinamo” ilə oyunlarda “Qəbələ” Futbol Akadamiyasının ümumilikdə 7 üzvü meydan olub. Lakin Kərimovun sözlərinə görə, bu göstərici onu qane etmir: “Hazırkı durum Akademiya rəsmisi kimi məni qətiyyən qane etmir. İstəyirik ki, start heyətindəki 11 nəfərin hamısı öz yetirməmiz olsun. Klubun təsisçilərinin də əsas məqsədlərindən biri məhz bu olub. Biz də buna çalışırıq, istəyirik. Kaş ki, bir gün meydanda Akademiyanın yetirmələrindən ibarət “11-liy”in çıxmasının şahidi olaq. Bütün iş bunun üzərində qurulub. Bu gün əsas heyətdə olan yetirmələrimizi izləyirik və fikirləşirik ki, daha yaxşısını yetişdirmək üçün nə edə bilərik. Bu sualların üzərində düşünürük. Ona görə də qane etmək məsələsi heç bir halda mümkün deyil. Tbilisidəki oyuna Akademiyamızın 2 yetirməsi ilə başladıqsa, 5 nəfərlə başa çatdırdıq. Qəbələdə də 5 nəfər yetirməmiz oynamışdı, 1 nəfər sonradan meydana çıxmışdı. Adlara baxsaq, fərqləri görərik. Qəbələdə oynayanlardan Rövlan Muradov və Yusif Nəbiyev Gürcüstanda meydana çıxmadı. Tbilisi də isə Roman Hüseynov və Sadiq Quliyev oynadı. Bu isə o deməkdir ki, “Dinamo” ilə 2 matçda ümumilikdə 8 yetirməmiz iştirak edib. Əslində, bu, az bir şey deyil, yaxşı haldır. Yəqin ki, çempionatda say daha da çox olacaq. Həm komanda təzədir, həm də “Dinamo”ya evdə 0:2 hesabı ilə uduzandan sonra cavab görüşündə daha təcrübəlilərə ehtiyac vardı. Onlar bu vəziyyətdən daha rahat çıxa bilərdilər”.

Direktor müavini deyib ki, Akademiyanın yetirmələrinin əsas komandaya cəlb olunması baxımından klubun bəlli strategiyası var: “Fikir odur ki, Akademiyanın uşaqlarına daha çox yer veririk, əsas heyətdə yer alırlar. Həqiqətən də belədir. Bu mövsüm cəmi 3 nəfər təcrübəli azərbaycanlı, 6 nəfər isə legioner futbolçumuz var. Qalan hamısı Akademiyamızın yetirmələridir. Məsələn, ötən mövsüm Bəhlul Mustafazadənin futbolçu kimi artırmasında, milli komandaya cəlb olunmasında məşqçilərimiz qədər Voislav Stankoviçin də rolu var. O, Bəhlulu daim öyrədirdi, başa salırdı, səhvlərin deyirdi və motivasiya edirdi. Komandada bu cür təcrübəli oyunçuların olması gənclər üçün yaxşı haldır. Ötən mövsümün sonunda biləndə ki, klubun büdcəsi aşağı düşəcək, futbolçuların çox gedəcək, o zaman onurğa sütunu təcrübəlilərdən qurmalı olduğumuzu düşünürük. Onların ətrafında isə Akademiyanın uşaqları olmalıdır. Həmin təcrübəlilər gənclərə səhvlərini deməli, lazım olanda oyunu öz üzərlərinə götürməlidirlər. Start heyətində 11 gəncə şans vermək nəinki bizdə, bütün dünyada çətin olar. Gənclərin yanına mütləq təcrübəlilər də yığılmalıdır”. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
FIFA rəmzi yığmaya namizədləri açıqladı - Siyahı
FIFA rəmzi yığmaya namizədləri açıqladı - Siyahı
FIFA və Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FIFPro) 2019-cu ilin rəmzi yığması üçün 55 namizəd futbolçunun siyahısını açıqlayıb. Qolat.com-un məlumatına...
Ölkə Futbolu
“Qarabağ” qələbə qazana bilmədi
“Qarabağ” qələbə qazana bilmədi
Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.  Qolt/com-un məlumatına görə, Ağdam təmsilçisi Avstriyada təlim-məşq toplanışında ikinci yoxlama...
Dünya Futbolu
"Liverpul"un hücumçusu Seneqalda məktəb tikdirib
İngiltərənin “Liverpul” klubunun futbolçusu Sadio Mane Seneqalda doğulduğu kənddə məktəb tikintisinə 270 min avro ayırıb. Qolat.com-un məlumatına görə, təhsil ocağının inşası...
Dünya Futbolu
Messi
Messi "Barselona"da 600-cü qolunu vurdu
Lionel Messi Çempionlar Liqasının ½ final mərhələsinin "Liverpul"a qarşı keçirilən ilk oyununda dubl etməklə, "Barselona"da 600-cü qolunu vurub. Qolat.com-un...