Qrizmanın "Barselona"ya keçidi ilə bağlı araşdırma başladı

Qrizmanın

Qrizmanın "Barselona"ya keçidi ilə bağlı araşdırma başladı

Fransa milli komandasının futbolçusu Antuan Qrizmanın İspaniya təmsilçiləri“Atletiko”dan “Barselona”ya keçidi ilə bağlı araşdırma başlanıb.

Qolat.com-un məlumatına görə, İspaniya Kral Futbol Federasiyası Kataloniya təmsilçisinin oyunçu ilə danışıqları qaydalar çərçivəsində aparıb-aparmadığını müəyyənləşdirməyi zəruri sayıb.

Buna “Atletiko” rəhbərliyinin quruma şikayət etməsi səbəb olub. Madrid klubu “Barselona”nın futbolçu ilə qaydalarla icazə verilən vaxtdan əvvəl danışığa başlamasından narazıdır.

Məhz bu səbəbdən 28 yaşlı futbolçunun keçidi 200 milyon deyil, 120 milyon avroya başa gəlib. “Atletiko” da həmin 80 milyonun verilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, 2014-cü ildən “Atletiko”da çıxış edən A.Qrizman bu müddətdə 180 oyuna 94 qol vurub.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
“Yuventus” büdrədi, “İnter” birinci oldu - İcmal
“Yuventus” büdrədi, “İnter” birinci oldu - İcmal
İtaliya A seriyasında III tura start verilib.  Qolat.com-un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma baş tutub. Çempionluğa əsas namizədlərin qiyabi duelində...
Dünya Futbolu
Ronaldo: “Messi ilə karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”
Ronaldo: “Messi ilə karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”
“Nəzərə alsaq ki, Lionel Messi məndən 2 yaş kiçikdir, hər ikimizin karyeramızı eyni ildə bitirməyimiz pis olmazdı”.  Qolat.com-un məlumatına görə, bunu Portuqaliya millisinin və...
Dünya Futbolu
Transferdən ən çox gəlir əldə edən 10 klub - Siyahı
Transferdən ən çox gəlir əldə edən 10 klub - Siyahı
Son 10 ildə futbolçu satışından ən çox gəlir əldə edən klubun adı müəyyənləşib. Qolat.com-un məlumatına görə, İsveçrənin “CIES Football Observatory” şirkətinin...
Dünya Futbolu
ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı
ÇL: “Barselona” yarımfinalda: “Yuventus” mübarizəni dayandırdı
UEFA Çempionlar Liqasının ¼ final mərhələsinin cavab qarşılaşmaları keçirilib. Qolat.com-un məlumatına görə, “Barselona” komandası “Kamp Nou”da İngiltərənin...