Avropa Liqası finalında "Çelsi" darmadağınla qalib gəldi

Avropa Liqası finalında

Avropa Liqası finalında "Çelsi" darmadağınla qalib gəldi

UEFA Avropa Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Qolat.com-un məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin son oyunu Bakıda baş tutub. 

Azərbaycanın ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu İngiltərə təmsilçiləri “Çelsi” və “Arsenal” arasında matçı qəbul edib. 

İngiltərə Premyer Liqasında 3-cü olan “Çelsi” Çempionlar Liqasına vəsiqə qazanmaq vəzifəsini öncədən həll etdiyindən qarşılaşmada titul üçün mübarizə aparıb. “Arsenal” isə həm mükafat, həm də qitənin ən nüfuzlu klub turnirinə qayıtmaq imkanından yararlanmağa çalışıb.

Görüş isə "zadəganlar"ın inamlı qələbəsi ilə başa çatıb. İlk hissədə hesab açılmasa da, ikinci 45 dəqiqədə qapılara 5 qol vurulub. 

Matçda ilk qola 49-cu dəqiqədə Oliviye Jiru imza atıb. O, Emerson Palmierinin ötürməsindən sonra fərqlənib. 11 dəqiqə sonra "Çelsi" fərqi 2 topa çatdırıb. Bu dəfə Pedro Rodriqes rəqibi mərkəzə dəvət edib. Komanda yoldaşına məhsuldar ötürmə verən Azar ardınca penaltidən özü fərqlənib. 

Bundan sonra "Arsenal" özündə güc taparaq fərqi azaldıb. Aleks İvobi baxımlı qolla azarkeşlərin alqışını qazanıb. Lakin "topçular"ın bundan artığına gücü çatmayıb. "Çelsi" 72-ci dəqiqədə Azarla 4-cü qolu vurub. 

Bu, matçda sonuncu qol olub. Nəticədə “Çelsi” mövsümü titulla başa vurub. “Zadəganlar” tarixində 2-ci dəfə Avropa Liqasının kubokuna sahib olublar. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la qarşılaşa bilər
Çempionlar Liqası: “Qarabağ” “Ayaks”la qarşılaşa bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. Qolat.com-un məlumatına görə, püşkə əsasən, Ağdam təmsilçisi III...
Dünya Futbolu
"Yuventus" çempion, "Mançester Siti" lider oldu, "Barselona"dan çətin qələbə - İcmal
İngiltərə Premyer Liqasında XXXV tura start verilib. Qolat.com-un məlumatına görə, mərkəzi görüş "Etihad" stadionunda baş tutub. "Tottenhem"i qəbul edən "Mançester...
Ölkə Futbolu
“Qarabağ
“Qarabağ" ilk qələbəsini qazandı
Yeni mövsümün hazırlıqlarını davam etdirən Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib. Qolat.com-un məlumatına görə, Azərbaycan çempionu...
Dünya Futbolu
İbrahimoviç:
İbrahimoviç: "Mən "Mançester Siti" klubundan daha böyüyəm"
"Mançester Siti" azarkeşlərinin sosial şəbəkələrdə Zlatan İbrahimoviçii istəmədiklərini bildirmələrinə tanınmış futbolçu özünəməxsus şəkildə cavab...