İlin ən yaxşı bombardirləri - Siyahı

İlin ən yaxşı bombardirləri - Siyahı

İlin ən yaxşı bombardirləri - Siyahı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

Qolat.com-un məlumatına görə, cədvəldə ilin ilk dörd ayında keçirilən beynəlxalq oyunlarda ən çox qol vuranlar yer alıb.

Siyahıya milli komandada və qitə kuboklarında ümumilikdə beş və daha çox qola imza atan 29 futbolçu daxil edilib. Cədvələ Yeni Zelandiya millisinin və “Vellinqton” klubunun futbolçusu Ross Allen başçılıq edir. O, klubda vurduğu 11 qolla hamıdan öndə qərarlaşıb. İlk “üçlük”də 10 dəfə fərqlənən Ali Almoez (Qətər, “Əl-Duhayl”) və hesabında 8 qol olan Fahad Al-Muvallad (Səudiyyə Ərəbistanı, “Əl-İttihad”) da yer alıb.

Avropa təmsilçiləri arasında ən yaxşı nəticə Rəhim Sterlinqə məxsusdur. İngiltərə yığmasında da, “Mançester Siti”də də eyni sayda – 4 qol vuran oyunçu dördüncü pillədə qərarlaşıb.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Ölkə Futbolu
"Qarabağ" səfərdə heç-heçə etdi
"Qarabağ" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib. Qolat.com-un məlumatına görə, rəqib İrlandiya çempionu "Dandolk" olub....
Dünya Futbolu
İngiltərə kubokunun finalında darmadağın
İngiltərə kubokunun finalında darmadağın
İngiltərə kubokunda 2018/19 mövsümünə yekun vurulub. Qolat.com-un məlumatına görə, turnir “Uembli” stadionunda keçirilən “Mançester Siti” –...
Ölkə Futbolu
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri müəyyənləşdi
Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarının hakimləri müəyyənləşdi
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb. Qolat.com-un məlumatına görə, aprelin 23-də...
BİZON STUDENT CUP
BIZON Student Cup'da - Final həyacanı!
BIZON Student Cup'da - Final həyacanı!
Keçdiyimiz həftənin bazar günü "Bizon Energy" nin baş sponsorluğu ilə təşkil etdiyimiz tələbələr arası mini futbol turniri olan "Bizon Student Cup" da yarımfinal...