"Formula-1": SOCAR Azərbaycan Qran-prisinin qalibi bəlli oldu

"Formula-1": SOCAR Azərbaycan Qran-prisinin qalibi bəlli oldu

"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib. 

Qolat.com-un məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində "Mercedes" komandasının pilotu Valtteri Bottas birinci yeri tutub. 

O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri "Ferrari"dən Sebastyan Fettel tutub. 

Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub. 

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi "Mercedes"in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 2 ildə isə müvafiq olaraq, "Red Bull"dan Daniel Rikkardo və "Mercedes"dən Luis Hamilton qalib adınına yiyələnib. 


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
MNM fərq yarada biləcək?
MNM fərq yarada biləcək?
Futbol tarixində müəyyən dönəmlərdə mükəmməl hücum üçlüləri fərq yaradıb.  İstər 2000-lərdən öncə, istərsə də 2000-lərdən sonra bu üçlülər...
Dünya Futbolu
"Arsenal" Bakıya gəlir
Avropa Liqasının 2018/19 mövsümünün final oyununun ilk iştirakçısı müəyyənləşib. Qolat.com-un məlumatına görə, Bakıda keçiriləcək həlledici görüşə ilk...
Ölkə Futbolu
"Qəbələ" kapitanı ilə yollarını ayırdı
"Qəbələ” komandası futbolçusu Cavid Hüseynovla yollarını ayırıb. Qolat.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı yarımmüdafiəçi 2019-2020...
Dünya Futbolu
Dünyanın 10 ən bahalı futbol klubu - Siyahı
Dünyanın 10 ən bahalı futbol klubu - Siyahı
Dünyanın ən bahalı futbol klublarının siyahısı açıqlanıb.  Qolat.com-un məlumatına görə, siyahıya 3,38 milyard funt sterlinqlə "Real Madrid" liderlik edir. İkinci yerdə 3,19...