“Qalatasaray” və “Atalanta” finalda, “Sevilya”dan darmadağın, “Real” xal itirdi - İcmal

“Qalatasaray” və “Atalanta” finalda, “Sevilya”dan darmadağın, “Real” xal itirdi - İcmal

“Qalatasaray” və “Atalanta” finalda, “Sevilya”dan darmadağın, “Real” xal itirdi - İcmal

Türkiyə kubokunda yarımfinal mərhələsi başa çatıb.

Qolat.com-un məlumatına görə, cavab oyunları çərçivəsində son qarşılaşma Malatyada keçirilib.

“Qalatasaray” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Rəqibini 4:1 hesabı ilə darmadağın edən İstanbul təmsilçisi finala yüksəlib.

“Sarı-qırmızılar” Türkiyə kubokunun tarixində 23-cü dəfə həlledici görüşdə oynayacaq. İndiyədək 17 dəfə kuboku başı üzərinə qaldıran “Qalatasaray” son 5 mövsümdə üç dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində yarışın qalibi olub. İstanbul nəhəngi həm finaldakı iştirak, həm də qazanılan titul sayında Türkiyə rekordçusudur.

Qeyd edək ki, mayın 16-da Sivasda keçiriləcək finalda “Qalatasaray” “Akhisar”la üz-üzə gələcək.

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

İkinci finalçı Berqamoda müəyyənləşib.

“Fiorentina”nı qəbul edən “Atalanta” 2:1 hesablı əzmkar qələbə qazanıb. Səfərdəki ilk oyunda məhsuldar heç-heçəyə nail olan berqamolular finala vəsiqə qazanıblar. Tarixində 4-cü dəfə yarımfinal səddini adlayan “Atalanta” sonuncu dəfə 1995/96 mövsümündə bunu bacarmışdı.

Qeyd edək ki, “Atalanta” həlledici oyunda “Latsio” ilə üz-üzə gələcək. Final oyunu mayın 15-də Romadakı Olimpiya stadionunda baş tutacaq.

İspaniya La Liqasında XXXIV tura yekun vurulub.

Turun son günündə 3 qarşılaşma keçirilib.

“Sevilya” evdə “Rayo Valyekano”nu darmadağın edib. Qonaqların müqavimətini ikinci hissədə qıran meydan sahibləri 32 dəqiqəyə 5 qol vurublar.

“Vilyarreal” “Real Sosyedad”ın qonağı olub. Matçın taleyini qonaqların vurduğu bir top həll edib.

Turun son görüşündə “Real” “Xetafe”nin qonağı olub. Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 27-29-da keçiriləcək.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

BİZON STUDENT CUP
BIZON Student Cup'da son 8 komanda!
BIZON Student Cup'da son 8 komanda!
QOLAT Sport Services tərəfindən təşkil olunan tələbələr arası BIZON Student Cup mini futbol turnirində 1/4 finalçılar artıq bəllidir.  Turnirə rəng qatan tələbə komandalar arasında əsl...
Dünya Futbolu
"Beşiktaş" Fransadan müdafiəçi aldı
"Beşiktaş" növbəti transferini reallaşdırıb. Qolat.com-un məlumatına görə, İstanbul təmsilçisi Fransanın "Qenqam" klubunun sol cinah müdaiəçisi Pedro Rebeşunu...
Dünya Futbolu
"Arsenal" və "Çelsi" Bakıdakı final matçının 6 min biletini geri qaytarır
"Arsenal" və "Çelsi" Bakıdakı final matçının 6 min biletini geri qaytarır Avropa Liqasının Bakıda keçiriləcək final matçının iştirakçı komandaları onlara...
Ölkə Futbolu
"Neftçi"nin Türkiyədə ikinci rəqibi bilindi
Bakının "Neftçi” futbol klubunun Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib. Qolat.com-un klubun...