
Avropa Liqasında yarımfinalçılar bəlli oldu - İcmal
Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Qolat.com-un məlumatına görə, cavab oyunları çərçivəsində 4 matç baş tutub.
Mübarizəni davam etdirən hər iki İngiltərə klubu qələbə ilə yarımfinala yüksəlib. “Çelsi” Çexiyada məğlub etdiyi “Slaviya”nı cavab görüşündə də qələbə qazanıb. Yeddi topun vurulduğu qarşılaşmada ilk 27 dəqiqədə 5 qol qeydə alınınb. “Arsenal” isə Londonda olduğu kimi İtaliyada da “Napoli” üzərində qələbəyə sevinib.
Yarımfinala digər iki vəsiqə “Valensiya” və “Ayntraxt”a nəsib olub. Sonuncular Portuqaliyada məğlub olduqları “Benfika”dan revanş ala biliblər. Almaniya klubu vurduğu iki cavabsız qolla yarımfinala yüksəlib. “Yarasalar” isə İspaniya duelində “Vilyarreal”a ikinci dəfə qalib gəlib.
Bu oyunlardan sonra yarımfinal cütləri müəyyənləşib. Mayın 2-də və 9-da keçiriləcək mərhələdə “Arsenal” – “Valensiya” və “Ayntraxt” – “Çelsi” cütləri qarşılaşacaq.
Qeyd edək ki, Avropa Liqasının 2018/19 mövsümünün final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Müəllif : Qolat.com
Şərhlər (0)