Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Sabah Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşəcək

Sabah Çempionlar Liqasında cavab oyunlarına start veriləcək.

Qolat.com-un məlumatına görə, yarımfinalçıların müəyyənləşdiyi ilk oyun günündə iki matç keçiriləcək.

“Barselona” İspaniyada “Mançester Yunayted”i qəbul edəcək. İngiltərədə keçirilən qarşılaşmada minimal hesabla qalib gələn Kataloniya klubu cavab matçına üstünlüklə çıxacaq.
Qonaqlar isə turnirin favoritlərindən sayılan rəqibini mübarizədən kənarlaşdırmaq əzmindədir. Cari mövsümdə evdə yalnız bir dəfə uduzan “Barselona” “Nou Kamp”dakı son 5 matçında qələbə qazanıb.

Ümumilikdə 18 qarşılaşmadır uduzmayan ispaniyalılar seriyasını davam etdirsə, yarımfinala adlayacaq. “Qırmızı şeytanlar” isə son 6 görüşdən dördündə uduzub.

Digər yarımfinalçı İtaliyada müəyyənləşməlidir. “Yuventus” Hollandiya “Ayaks”ını qəbul edəcək. Amsterdamda hərəyə bir qol vuran komandaların cavab matçında meydan sahiblərini qolsuz heç-heçə də qane edir.

A seriyasının “Spal”la oyununda əsas heyət üzvlərinə istirahət verən “ağ-qaralar” tamamilə “Ayaks”la matça köklənib. Son beş qarşılaşmada iki dəfə uduzan turinlilər A seriyasında çempionluğun bir addımlığında olduğundan qüvvələrini qitənin ən nüfuzlu klub turnirinə yönəldib.

Səfərdə uğurlu çıxış edən “Ayaks” son 6 görüşdən beşində qələbə qazanıb. Hollandiyalılar İtaliya səfərində qalib gələrək yarımfinala yüksəlmək iddiasındadır.

Qeyd edək ki, 1/4 final mərhələsinə aprelin 17-də yekun vurulacaq.


Müəllif : Qolat.com

Şərhlər (0)

Həmçinin oxu

Digər idman növləri
XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi
XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi
Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) bağlanış mərasimi keçirilib. Qolat.com-un məlumatına görə, Bakı Kristal Zalında baş tutan tədbir Azərbaycan Dövlət Himninin...
Ölkə Futbolu
"Arsenal"-"Neftçi" matçında anşlaq gözlənilir
Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam...
Dünya Futbolu
Neymar ağladı
Neymar ağladı
Braziliya milli komandasının futbolçusu Neymar Qətərlə yoldaşlıq görüşü zamanı zədələnib. Qolat.com-un məlumatına görə, 27 yaşlı hücumçu ayaq biləyindən xəsarət...
Dünya Futbolu
“Trabzonspor”un çempionluğun
“Trabzonspor”un çempionluğun "Fənərbağça"dan alınması istəyi rədd edildi
İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun 2010/2011 mövsümündə Super Liqa çempionluğunun "Fənərbağça"dan alınması tələbi ilə bağlı...