VI DOSTLUQ CUP - 1/4 final oyun cədvəli

VI DOSTLUQ CUP - 1/4 final oyun cədvəli

VI DOSTLUQ CUP - 1/4 final oyun cədvəli

Həftənin bazar günü ənənəvi olaraq təşkil etdiyimiz DOSTLUQ CUP mini futbol turnirinin 1/4 final mərhələsinin maraqlı oyunları bizləri gözləyir.
İlk olaraq çempionatın ən çox qol vuran komandası Mix Team komandası növbəti mərhələni son turda əzmkarlıqla əldə edən The Reds komandası ilə üz - üzə gələcək.
Bu matç ilə paralel olaraq eyni vaxtda başlayacaq olan oyunda isə gənc oyunçulardan təşkil olunan Young Boys komandası keçən ilin finalçısı olan Old Man komandası ilə qarşılaşacaq.
Növbəti 1/4 final matçında isə təcrübəli və bir o qədər də güclü heyyətə malik olan Omega 97&98 komandası çempionatın maraqlı komandalarından olan Arena 02 ilə qarşılaşacaq.
Mərhələnin sonuncu matçında isə qrupu maksimum xalla bitirərək növbəti mərhələyə yüksələn
2005 United ilə komandası D qrupunun ikincisi kimi növbəti mərhələyə yüksələn Kirpi Textile komandaları  qarşılaşacaqlar.
Növbəti mərhələdə bizləri maraqlı oyunlar gözləyir. Sizi də azarkeş qismində oyunlarımıza baxmağa dəvət edirik. Oyunlar 2 dekabr 11:00 - 13:00 saat aralığında Azfar idman kompleksinin 9 - cu mikrorayon (Tərlan ş/a) stadionlarında keçiriləcəkdir. Bizi izləməyə davam edin.


Müəllif : Murad Hümmət

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
Çində çıxış edən braziliyalı ulduz:
Çində çıxış edən braziliyalı ulduz: "Dünya çempionatı məni maraqlandırmır, kasıb olmaq istəmirəm"
Çin Super Liqasında "Şanxay SİPG"də çıxış edən braziliyalı yarımmüdafiəçi Oskar açıqlama verib. Qolat.com xəbər verir ki, gözlərdən uzaq qalan...
Ölkə Futbolu
"Keşlə" - "Sumqayıt" matçının başlama saatı açıqlandı
Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları çərçivəsində "Keşlə" "Sumqayıt"ı qəbul edəcək. Qolat.com xəbər verir ki, qarşılaşmanın vaxtı...
Dünya Futbolu
"Qarabağ"dan ayrılan futbolçu üçün daha bir təklif
"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni komandasının adına rəsmi olaraq aydınlıq gəlməyib. Qolat.com xəbər verir ki, Bosniya və Herseqovina milli komandasının üzvü daha bir...
Ölkə Futbolu
Millimiz Xorvatiyaya məğlub oldu
Millimiz Xorvatiyaya məğlub oldu
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması Azərbaycan komandasını qəbul edib. Qolat.com-un məlumatına görə,...