"Beşiktaş" sabiq hücumçusunu transfer edir

"Beşiktaş" sabiq hücumçusunu transfer edir

Növbəti mövsüm iddialı komanda qurmaq istəyən "Beşiktaş" transfer fəaliyyətinə başlayıb.

Qolat.com xəbər verir ki, Cenk Tosunun "Everton"a transferindən sonra hücum xəttində sıxıntı yaşayan İstanbul klubu Vaqner Lavla Alvaro Neqredodan gözləntiləri ala bilmədi. 2,5 milyon avroya "Valensiya"dan alınan Neqredonun agentinə onun üçün yeni klub tapması tapşırılıb. Qışda 4 milyon avro qarşılığında "Alanyaspor"dan "qara qartallar" keçən Vaqner Lav üçün də gələn təkliflər dəyərləndiriləcək. Bu hücumçuların gedişindən sonra "Beşiktaş" "Göztəpə" ilə müqaviləsi başa çatacaq Demba Banı transfer edəcək.

Daha öncə "Beşiktaş"da çıxış edən seneqallı forvardın azad agent statusu daşıması bu keçidin reallaşması ehtimalını daha artırır.

32 yaşlı futbolçu 2014/2015 və 2017-ci illərdə "Beşiktaş"da çıxış edib.


Müəllif : Qolat.Com

Şərhlər (0)

Həmçinin oxu

Dünya Futbolu
"Mançester Yunayted"dən qələbə, "Çelsi" növbəti mərhələdə
İngiltərə Kubokunun 1/32 finalı çərçivəsində "Mançester Yunayted" "Redinq"i qəbul edib. Qolat.com-un məlumatına görə, "Old Trafford" stadionunda...
Ölkə Futbolu
"Sumqayıt"ın yeni prezidenti məlum oldu
“Sumqayıt” Futbol Klubunun yeni prezidenti bəlli olub.  Qolat.com xəbər verir ki, klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib. Klubun...
Dünya Futbolu
Riberi izləyicilərini söydü
Riberi izləyicilərini söydü
Almaniyanın "Bavariya" klubunun fransalı yarımmüdafiəçisi Frank Riberi bir neçə gün öncə ona ünvanlanan tənqidlərə sərt cavab verib.  Buna Riberinin "Salt...
Dünya Futbolu
Kloppun yaşadığı villa
Kloppun yaşadığı villa
"Liverpul"un baş məşqçisi Yurgen Klopp 7 yataq otağı, hovuzu, saunası, idman zalı, mini qolf meydançası, uşaqlar üçün oyun meydançası və ev kinoteatrı olan villada...