
ÇL-də nələr baş verdi?
Çempionlar Liqasında günün qarşılaşmaları geridə qalıb.
Erkən saatlarda başlayan iki qarşılaşmada “Borussia Dortmund” səfərdə “Beşiktaş”ı 2-1 hesabı ilə məğlub edib.
Digər qarşılaşmada isə “Sheriff” doğma meydanda “Şaxtyor”u 2-0 hesabı ilə üstələyib.
23:00-da başlayan qarşılaşmalar isə daha maraqlı alınıb.
“Manchester City” doğma meydanda “Leipzig”in qapısından 6 qol keçirib, almanlar bu qollardan yalnız 3-nün əvəzini çıxa bilib.
Leo Messi - Neymar - Mbappe hücum üçlüsünə sahib “PSG” isə səfərdə “Club Brugge”lə qollu bərabərliyə razılaşıb, 1-1!
“Liverpool” bol qollu qarşılaşmadı geriyə düşməsinə rəğmən “Milan”a qalib gəlib, 3-2! Qrupun digər qarşılaşmasında isə “Atletico Madrid”lə “Porto” qolsuz heç-heçəyə razılaşıblar.
C qrupunda “Ajax” səfərdə “Sporting”in qapısına 6 dəfə yol tapıb, portuqallar bunlardan yalnız birinin əvəzini çıxa biliblər. “Ajax”ın hücumçusu Haller çıxdığı ilk ÇL qarşılaşmasında 4 qol vurub ki, bu nəticəni yalnız Van Bastendən indiyədək göstərə bilmişdi.
D qrupunda isə “Real Madrid” səfərdə “Inter”i 1-0 hesabı ilə məğlub olub. Yeganə qola yeni transfer Camainganın asistindən sonra Rodrygo imza atıb
Müəllif : Farid Rasul
Şərhlər (0)