Şirkətlər üçün açar təslim korporativ turnirlər, olimpiadalar və teambuilding günləri
QOLAT Sport Service şirkətlər üçün korporativ idman oyunları və teambuilding tədbirlərini açar təslim təşkil edir: ideya və proqramdan meydança, hakim, avadanlıq, tibbi dəstək, foto-video və mükafatlandırmaya qədər hər şeyi biz edirik. Siz yalnız komandanızı gətirirsiniz.
Ofisdən kənarda keçirilən bir günlük turnir komanda ruhunu ən sürətli gücləndirən vasitələrdən biridir. Əməkdaşlar şöbələrarası komandalarda birlikdə oynayır, rəhbərlik kollektivlə eyni meydançada olur, nəticə isə yaddaqalan fotolar, kubok və aylarla danışılan xatirələrdir. Tədbirlər şirkətin daxili kommunikasiya, HR-brend və sosial məsuliyyət proqramlarına uyğunlaşdırılır.
Minimum iştirakçı sayı nə qədərdir?
16 nəfərdən (4 komanda) başlayaraq istənilən sayda; 300+ nəfərlik korporativ olimpiadalar da təşkil etmişik.
Tədbir harada keçirilir?
Bakı və Abşerondakı idman kompleksləri, açıq meydançalar və ya şirkətin öz ərazisi. Regionlarda da keçiririk.
Qiymət necə hesablanır?
İştirakçı sayı, idman növlərinin sayı və əlavə xidmətlərə görə. Brifinqdən sonra 2 iş günü ərzində dəqiq təklif veririk.
İdman təcrübəsi olmayan əməkdaşlar üçün uyğundurmu?
Bəli. Proqram müxtəlif səviyyələr üçün qurulur; əyləncəli estafetlər, şahmat və masa oyunları hər kəsin iştirakını təmin edir.
Korporativ turniriniz üçün təklif alın: əlaqə formasını doldurun və ya +994 55 891 98 98 nömrəsinə yazın.