Subsoccer

Subsoccer oyun avadanlığının Azərbaycanda rəsmi nümayəndəsi: satış, icarə və team building

Subsoccer klassik futbolu daha maraqlı və fərqli formaya gətirən, açıq və qapalı məkanlarda rahat istifadə olunan müasir və təhlükəsiz oyun avadanlığıdır: iki oyunçu üz-üzə oturur, topu ayaqla idarə edir və qol vurur. İnsanların fiziki aktivliyini artırır və əylənməyə təşviq edir. QOLAT Sport Service Subsoccer oyun avadanlığının Azərbaycandakı rəsmi nümayəndəsidir.

Niyə Subsoccer?

  • Təhlükəsiz: kəsici və zədələyici hissələri yoxdur.
  • Hər yaşa uyğun: uşaqlardan böyüklərə qədər hər yaş qrupu oynaya bilir.
  • Kompakt və mobil: asan quraşdırılır, sökülür və daşınır (uzunluğu təxminən 1,8 m).
  • Müasir və diqqət cəlbedici: istənilən məkanı aktiv əyləncə zonasına çevirir.

Harada istifadə olunur?

  • Ofislər: korporativ komanda oyunları və aktiv istirahət.
  • Hotellər: qonaqlar üçün aktiv əyləncə.
  • Restoran və kafelər: qonaqların vaxtını daha əyləncəli keçirməsi üçün; həm böyüklər, həm uşaqlar üçün.
  • Əyləncə məkanları: uşaq əyləncə mərkəzləri və parklar.

Təklif etdiyimiz xidmətlər

  • Satış: əyləncə məkanları, bizneslər və fərdi istifadə üçün.
  • İcarə: tədbirlər, korporativ görüşlər, açılışlar, festivallar və digər xüsusi günlər üçün.
  • Team Building: komanda üzvlərinin həm əyləndiyi, həm də ünsiyyət və sağlam rəqabət mühitində bir-birini daha yaxından tanıdığı interaktiv format.

Qiymət və şərtlər sorğu ilə: satış, icarə və çatdırılma şərtləri üçün bizimlə əlaqə saxlayın, təklif göndərək.

Tez-tez verilən suallar

Subsoccer-i tədbirimiz üçün icarəyə götürə bilərikmi?
Bəli. Bir günlük tədbirdən festivala qədər icarə mümkündür; avadanlığı biz gətirir və quraşdırırıq.

Açıq havada istifadə etmək olarmı?
Bəli, Subsoccer həm açıq, həm qapalı məkanlar üçün nəzərdə tutulub.

Qiyməti nə qədərdir?
Satış və icarə qiymətləri sayına və müddətinə görə dəyişir; sorğu göndərin, təklifi sizə təqdim edək.

Təklif al: əlaqə forması, +994 55 891 98 98 (WhatsApp), [email protected]

Subsoccer