İdman Oyunlarının təşkili

Minifutbol, basketbol, voleybol və digər idman növləri üzrə turnir, liqa və çempionatların təşkili və idarə olunması

QOLAT Sport Service müxtəlif idman növləri üzrə turnir, liqa və çempionatları başdan sona təşkil edir və idarə edir: reqlament, qeydiyyat, meydança, hakimlər, tibbi xidmət, foto-video və mükafatlandırma bizim üzərimizdədir. Məqsədimiz təkcə yarış keçirmək deyil, idmanı hər kəs üçün əlçatan və cəlbedici etməkdir.

Hansı idman növləri üzrə turnir təşkil edirik?

  • Mini və böyük futbol turnirləri
  • Basketbol və 3x3 basketbol liqaları
  • Voleybol, badminton, masa tennisi və şahmat yarışları
  • Subsoccer və digər innovativ idman oyunları
  • Uşaq və gənclər üçün idman festivalları

Davamlı turnirlərimiz

  • MARSOL Minifutbol Turniri: şirkətlər və dövlət qurumları arasında həvəskar minifutbol turniri. KOBİA, İCMA və Marsol Sports-un tərəfdaşlığı ilə artıq 5 ildir keçirilir. 32 komanda, 8 qrup, təxminən 2 ay; oyunlar bazar günləri səhər saatlarında.
  • BİZON Student Cup: hər il keçirilən, 32 tələbə komandasının iştirak etdiyi minifutbol turniri.
  • Sığorta Şirkətləri Liqası: sığorta sektorunda fəaliyyət göstərən şirkətlər arasında minifutbol turniri; 2026-cı ilin çempionu Azərbaycan Mərkəzi Bankının komandası olub.
  • Sport Fest: bir neçə idman növü üzrə böyük festival; son 2 ildir Su İdman Sarayında keçirilir, hər dəfə 500-600 iştirakçı.

MARSOL Minifutbol Turniri 2026

  • Format: kubok sistemi, 32 komanda, hər qrupda 4 komanda olmaqla 8 qrup; hər komanda qrupda 3 oyun keçirir, ilk iki yeri tutanlar növbəti mərhələyə çıxır.
  • Tarixlər: son qeydiyyat 30 sentyabr 2026, turnirin başlaması 15 noyabr 2026.
  • İştirak haqqı: komanda üçün 2000 AZN.
  • Kimlər iştirak edə bilər: şirkətlərin və dövlət qurumlarının rəsmi əməkdaşlarından ibarət həvəskar komandalar (ən azı 3 ay iş stajı, "e-gov" arayışı). Peşəkar liqalarda oynayan futbolçular iştirak edə bilməz.
  • Mükafatlar: 1-ci yer — 10.000 AZN, kubok, medal və sertifikat; 2-ci yer — "Marxal Resort & Spa"da qonaqlama; 3-cü yer — qiymətli hədiyyələr.

İştirak haqqına nələr daxildir?

  • Açılış, püşkatma və qapanış mərasimləri
  • Yüksək səviyyəli stadionlar və hər oyunda 2 hakim
  • Hər komanda üçün xüsusi dizayn edilmiş futbol forması və komanda bayrağı
  • Turnir boyu foto və video çəkiliş, oyunsonrası video müsahibələr
  • Oyunlarda həkim nəzarəti və təcili tibbi yardım maşını
  • Komandaların su və çayla təmin edilməsi
  • Sosial mediada komandaların tanıdılması, televiziya kanallarında görüntülərin yayımı
  • Medal, kubok və fərqlənən oyunçulara hədiyyələr
  • qolat.com-da onlayn qeydiyyat, oyun cədvəli, qrup cədvəlləri, nəticələr və qol siyahısı

Turnirlərimizdə iştirak edən şirkətlər

KOBİA, SOCAR, Birbank, Modern Hospital, Mesa Group, Global Logistics, AGA Group, Evsetra, Saloni, Sirab, Slavyanka, Lassa, Pimapen, Polistar, Kirpi Tekstil, Katsan, Algroup, MVC Group, BF Group, ArchiCO, Meqa Həyat, AzEstetik Group, Finplast, Vision Academy, Apply-Uni və başqaları.

Harada keçirilir?

Turnirlər idman növünə görə Bakının müxtəlif arenalarında təşkil olunur: EGP Arena, Azfar arenaları, Şüa İdman Kompleksi, AZTU idman zalı, Su İdman Sarayı və digər komplekslər.

Tez-tez verilən suallar

Komandamızı necə qeydiyyatdan keçirək?
qolat.com saytında "Komandanı yarat" bölməsinə daxil olun, hesab yaradın və komandanızı turnirə əlavə edin. Sualınız olsa +994 50 254 33 49 nömrəsinə zəng edin.

Öz şirkətimiz üçün ayrıca turnir təşkil edə bilərsinizmi?
Bəli. Şirkətdaxili və ya sektorlararası turnirləri sifarişlə təşkil edirik; sorğudan sonra 3-5 iş günü ərzində format və smeta təqdim olunur. Ətraflı: Korporativ idman oyunları.

İştirak haqqı nə qədərdir?
İdman növünə və turnirin həcminə görə dəyişir. MARSOL Minifutbol Turniri 2026 üçün komanda başına 2000 AZN-dir.

Əlaqə: əlaqə forması, +994 55 891 98 98 (WhatsApp), [email protected]

İdman Oyunlarının təşkili