SOCAR-ın tərəfdaşlığı ilə keçirilən “Atalar və Övladlar” yarışı
SOCAR-ın dəstəyi ilə “Atalar və Övladlar” yarışı təşkil olunub
1 iyun 2025-ci il tarixində, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə SOCAR-ın tərəfdaşlıqı və QOLAT Sport Services-in təşkilatçılığı çərçivəsində “Atalar və Övladlar” adlı yarışı keçirilib.
Tədbirin əsas məqsədi Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşlara və onların ailələrinə dəstək göstərmək, ata-övlad münasibətlərini möhkəmləndirmək, ailə dəyərlərini təşviq etmək və uşaqlarda idmana marağı artırmaq olub.
Yarışda SOCAR-ın Vətən müharibəsi iştirakçısı olmuş əməkdaşları 5–7 yaşlı övladları ilə birlikdə iştirak ediblər. Tədbirə “Neftçi” Futbol Klubunun qadın futbolçuları da qoşulublar. İştirakçılar idman vasitəsilə komanda ruhunu, qarşılıqlı dəstəyi və ailə birliyini nümayiş etdiriblər.
Layihə idmanın ailə bağlarının möhkəmləndirilməsində, uşaqların sağlam həyat tərzinə təşviqində və sosial dəyərlərin təbliğində rolunu ön plana çıxarıb.