“1-ci Ailə Kuboku” uğurla başa çatdı! 🏆❤️

Nurlan Ağayev 07 Sentyabr, 2026

5 sentyabr tarixində ailələr üçün idman, sağlam rəqabət və əyləncə ilə zəngin unudulmaz bir gün təşkil olunub. ❤️

Marsol Academy”, “Marsol Sports” və “QOLAT Sport Services”in birgə təşkilatçılığı ilə keçirilən “I Ailə Kuboku”nda sahibkarlar və onların övladları eyni komandanın üzvləri kimi meydanda mübarizə aparıblar. 🏆🏅

Tədbir yalnız idman yarışı deyil, eyni zamanda valideyn və övladlar arasında münasibətlərin möhkəmləndirilməsinə, komanda ruhunun formalaşdırılmasına və xoş xatirələrin yaranmasına xidmət edən xüsusi bir gün olub. 👨‍👩‍👧‍👦

Gərgin və maraqlı mübarizənin nəticələrinə əsasən qaliblər müəyyənləşib:

🥇 I yer — Səfər Abdullayev və Abdullah Abdullazadə
🥈 II yer — Anar Əliyev və Kamran Əliyev
🥉 III yer — Abbas Orucəliyev və Şəms Orucəliyeva

Qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.

Tədbirin sonunda bütün uşaqlara “İydə Parfum” şirkəti tərəfindən ətirlər hədiyyə edilib. Göstərdiyi dəstəyə görə “İydə Parfum” şirkətinə təşəkkürümüzü bildiririk!

Bu əlamətdar günə öz enerjisi, əzmkarlığı və pozitivliyi ilə xüsusi rəng qatan bütün iştirakçılara təşəkkür edir, gələcək yarışlarda uğurlar arzulayırıq! ❤️

Paylaş