VILLARREAL CAMP BAKU

Nurlan Ağayev 10 Avqust, 2026

VILLARREAL CAMP BAKU uğurla başa çatdı! 💛💙

QOLAT SPORT SERVİCE-nin təşkilatçılığı ilə 7, 8 və 9 avqust tarixlərində keçirilən VILLARREAL CAMP BAKU layihəsi uğurla başa çatdı.

Üç gün davam edən düşərgə ərzində uşaqlar peşəkar məşq proqramlarında iştirak etməklə yanaşı, futbolun texniki və taktiki tərəfləri üzrə xüsusi dərslər də keçdilər.

İştirakçılara boş zonalara açılma, düzgün mövqe seçimi, topsuz hərəkət, oyun zamanı doğru qərarvermə və meydandakı müxtəlif situasiyalarda düzgün seçim etmə kimi vacib futbol prinsipləri həm nəzəri, həm də praktiki şəkildə öyrədildi.

Düşərgədə yalnız uşaqlar deyil, yerli məşqçilərimiz də iştirak edərək yeni metodologiyalar və məşq yanaşmaları ilə tanış olmaq imkanı əldə etdilər. Düşərgənin sonunda onların əməyinə və iştirakına xüsusi diqqət göstərilərək, məşqçilərimizə xüsusi təltifnamələr təqdim edildi. 🏅

Düşərgənin sonunda bütün iştirakçılara VILLARREAL CAMP BAKU diplomları təqdim olundu. 📜

Lakin düşərgənin ən xüsusi məqamlarından biri hələ qarşıdadır! 👀🔥

Düşərgə ərzində göstərdiyi performans və inkişafı ilə seçilən 1 iştirakçı İspaniyaya səfər edərək Villarreal akademiyasında xüsusi futbol təcrübəsi qazanmaq imkanı əldə edəcək.

Bu iştirakçının kimliyi bir həftə sonra açıqlanacaq. 🔜🔥🔥

Eyni zamanda, layihənin keçirilməsində göstərdiyi dəstəyə görə Bakı Futbol Federasiyasına(BFF) xüsusi təşəkkürümüzü bildiririk. Layihənin uğurlu təşkilində göstərdiyiniz dəstək və əməkdaşlıq bizim üçün olduqca dəyərlidir. 🤝

İnanırıq ki, VILLARREAL CAMP BAKU uşaqlar üçün yalnız üç günlük məşq düşərgəsi deyil, onların futbol dünyasına baxışını genişləndirən, yeni biliklər qazandıran və gələcək hədəflərinə doğru motivasiya verən xüsusi bir təcrübə oldu.

Bütün iştirakçılara, valideynlərə, məşqçilərə, Bakı Futbol Federasiyasına və layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edirik! 💛💙

VILLARREAL CAMP BAKU — öyrən, inkişaf et, fürsəti dəyərləndir! ⚽🟦🟨

Paylaş