BiZON Student Cup IV-ün ən yaxşı qapıçısı!

Nurlan Ağayev 05 Avqust, 2026

BiZON Student Cup IV minifutbol turnirinin ən yaxşı qapıçısı – Çingiz Qarayev! 🏆⚽

Marmara Group FC-nin qapıçısı Çingiz Qarayev turnir boyunca nümayiş etdirdiyi inamlı oyunu, etibarlı seyvləri və yüksək performansı ilə "Turnirin Ən Yaxşı Qapıçısı" adına layiq görüldü.

Çingiz xüsusilə həlledici mərhələlərdə göstərdiyi soyuqqanlı çıxışı, kritik anlarda etdiyi möhtəşəm xilasetmələr və penaltilər seriyasında nümayiş etdirdiyi özünəinamla komandasının ən etibarlı oyunçularından biri oldu. Onun qapıdakı inamlı oyunu Marmara Group FC-nin uğurlu çıxışında həlledici rol oynadı.

BiZON-un baş sponsorluğu və QOLAT SPORT SERVICE-nin təşkilatçılığı ilə keçirilən BiZON Student Cup IV turnirində qazandığı bu dəyərli mükafat münasibətilə Çingiz Qarayevə yeni uğurlar, möhtəşəm qələbələr və daim zirvədə olmağı arzulayırıq. Qarşıdakı turnirlərdə də onun parlaq çıxışlarını səbirsizliklə gözləyirik! 🏆👏

 

 

Paylaş