BiZON Student Cup IV-ün bombardiri

Nurlan Ağayev 05 Avqust, 2026

BiZON Student Cup IV minifutbol turnirinin ən yaxşı oyunçusu – Fikrət Həsənov! 🏆⚽

Novarro Academy komandasının üzvü Fikrət Həsənov turnir boyunca göstərdiyi sabit və yüksək performansla "Turnirin Ən Yaxşı Oyunçusu" adına layiq görüldü.

Fikrət turnir ərzində vurduğu 10 qolla həm komandasının bombardiri oldu, həm də BiZON Student Cup IV-ün bombardiri adını qazandı.O, play-off mərhələsi boyunca əldə etdiyi qol fürsətlərini yüksək dəqiqliklə dəyərləndirərək komandasının hücum xəttinin əsas gücünə çevrildi. Həlledici anlarda nümayiş etdirdiyi soyuqqanlılıq və özünəinam, xüsusilə də penaltilər seriyasında məsuliyyəti üzərinə götürərək dəqiq zərbələri yerinə yetirməsi komandasının finala yüksəlməsində mühüm rol oynadı.

Möhtəşəm çıxışı və həlledici anlarda göstərdiyi oyun sayəsində Fikrət Həsənov həm komandasının əsas qəhrəmanlarından biri, həm də BiZON Student Cup IV-ün "Ən Yaxşı Oyunçusu" adına layiq görülərək turnirin ən parlaq futbolçularından biri olmağı bacardı. 👏🔥

BiZON-un baş sponsorluğu və QOLAT SPORT SERVICE-nin təşkilatçılığı ilə keçirilən BiZON Student Cup IV turnirində qazandığı bu uğur münasibətilə Fikrət Həsənovu ürəkdən təbrik edir, ona gələcək karyerasında daha böyük nailiyyətlər arzulayırıq.💙⚽🏆

Paylaş