Yarım Final
Yarı final həyəcanı başlayır!
Turnirin ən həyəcanlı mərhələsi olan yarı final oyunlarına 19.07.2026 tarixində start verilir. Bu mərhələdə Gilli FC – Marmara Group və Novarro Academy – Gənclərbirliyi komandaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Yarı final mərhələsinin açılış qarşılaşmasında Marmara Group ilə Gilli FC saat 20:00 üz-üzə gələcək. Hər iki komanda bu mərhələyə fərqli oyun üslubu və uğurlu pley-off çıxışları ilə gəlib.
Marmara Group pley-off mərhələsində əzmkar çıxışı ilə diqqət çəkib. Komanda 1/8 finalda İnferno FC üzərində 2:1 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəldi. 1/4 finalda isə Eskulap ilə məhsuldar keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gələrək yarı finala vəsiqə qazandı.
Digər tərəfdə isə tam fərqli xarakter nümayiş etdirən Gilli FC dayanır. Komanda 1/8 finalda Oğuz EDU ilə əsas vaxtı 2:2 hesabı ilə başa vurduqdan sonra penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəldi. 1/4 finalda isə Elitar FC ilə 1:1 hesablı heç-heçədən sonra yenə penaltilərdə soyuqqanlılığını qoruyaraq 4:3 hesablı qələbə ilə yarı finala yüksəldi. Beləliklə, yarı finalda fərqli oyun üslublarına malik iki komanda üz-üzə gələcək: bir tərəfdə hücum futboluna üstünlük verən Marmara Group, digər tərəfdə isə həlledici anlarda soyuqqanlılığı və döyüşkənliyi ilə seçilən Gilli FC.
Bütün komandalara uğurlar arzu edirik.