Sığorta Sektoru V tur

Nurlan Ağayev 29 Aprel, 2026

Sığorta sektoru minifutbol turnirində V turun oyunları davam edir

Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş minifutbol turnirində V turun növbəti qarşılaşmaları baş tutacaq. Komandalar turnirdə mövqelərini yaxşılaşdırmaq üçün mübarizəni davam etdirirlər.

Bu tur çərçivəsində Atəşgah Sığorta – Paşa Həyat, Qala Həyat – Meqa Sığorta və Paşa Sığorta – Azərbaycan Sənaye Sığorta oyunları keçiriləcək.

AZFAR Azadlıq stadionunda baş tutacaq qarşılaşmaların gərgin və maraqlı keçəcəyi gözlənilir.

Paylaş