Sığorta Sektoru minifutbol turniri
Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Sığorta Sektoru Minifutbol Turniri bütün həyəcanı ilə davam edir! ⚽🔥
Turnirin III tur qarşılaşmaları artıq bu bazar günü futbolsevərləri bir araya gətirəcək. Sığorta sektorunun aparıcı komandaları meydanda güclərini sınayacaq, qələbə uğrunda mübarizə isə daha da gərginləşəcək.
📅 19 Aprel
📍 Azfar Azadlıq stadionu
Günün oyunları:
• Meqa Sığorta 🆚 Xalq Sığorta – 12:00
• Qala Sığorta 🆚 İcbari Sığorta Bürosu – 13:00
• Paşa Sığorta 🆚 Meqa Həyat – 13:00
Bu tur artıq turnirin taleyini müəyyən edə biləcək qarşılaşmalarla yadda qalacaq. Hər komanda yalnız qələbə üçün meydanda olacaq!
Azarkeşləri tribunaya dəvət edirik – gəl, komandana dəstək ol, bu futbol bayramının bir parçası ol! 💙⚽